BAMF-ın əməkdaşı NOCRE-nin iclasında iştirak etdi

17.04.2007 · 1350 baxış

16-17 aprel 2007-ci ildə Sankt-Peterburqda «Şimal-qərb regionuna daxil olan ölkələrdə mövcud miqrasiya qanunvericiliyi çərçivəsində qaçqın və sığınacaq axtaranların problemləri» mövzusunda tədbir keçirildi.Tədbirdə Rusiya Federasiyasının dövlət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə yanaşı Danimarka, Norveç, Finlandiya, Latviya və digər ölkələrin nümayəndələri iştirak etmişdir.

Görüşdə qaçqın və sığınacaq axtaranların ən ümdə problemləri, onların qəbulu, yerləşdirilməsi, eləcə də Qaçqın və Sürgündə yaşayanlar üzrə Avropa Şurasınnın üzvü olan ölklərdə mövcud vəziyyət müzakirə olundu.
Tədbirdə iştirak edən Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Proqramlar Departamentinin rəhbəri Rəhman Məmmədov Azərbaycandakı mövcud vəziyyətin dünyada analoqu olmadığını və digər ölkələrdən kəskin şəkildə fərqləndiyini vurğulamışdır. Belə ki, 15 ildən artıqdır ki, Azərbaycanın Ermənistan tərəfindən müharibəyə cəlb edilməsi nəticəsində 1 mln. nəfərə yaxın soydaşının qaçqın və məcburi köçkün vəziyyətində olması və müvəqqəti olaraq ölkənin 63 rayonunda yerləşdirildiyi tədbir iştirakçılarının diqqətinə çatdırılmışdır. Eyni zamanda Azərbaycanda Mərkəzi Asiyadan qovulmuş 50 min nəfər mesheti türkünün, 11466 nəfər digər ölkələrdən (Rusiya Federasiyası (çeçenlər), İraq, İran, Əfqanıstan, pakistan və s.) olan qaçqın və ya sığınacaq axtaranın olduğu qeyd olunmuşdur. Bu qəbildən olan insanların problemlərinin həlli istiqamətində Qaçqın və məcburi köçkünləri işləri üzrə Dövlət Komitəsi, UNHCR və bir sıra QHT-lər qarşılıqlı əməkdaşlıq çərçivəsində fəaliyyət göstərirlər. Azərbaycanda kifayət qədər qaçqın və məcburi köçkünün olmasına baxmayaraq bu günə kimi 300 nəfərə yaxın əcnəbi vətəndaşa qaçqın statusu verilmişdir. Eyni zamanda Azərbaycan hökuməti tərəfindən ölkədə yaşayan və qaçqın statusu ala bilmyən insanların hüquq və azadlıqlarının pozulmayacağına və mövcud qanunvericilik əsasında qorunacağına təminat verildiyi də tədbir iştirakçılarının nəzərinə çatdırılmışdır.

Sonda NOCRE-nin növbəti tədbirinin BAMF-ın təşkilatçılığı ilə Azərbaycanda keçirilməsi təklif olunmuş və üzv ölkələr tərəfəindən müsbət qarşılanmışdır.

(c) 2018. IEPF