BAMF-ın Ermənistana qarşı sanksiyalar tələbi Barak Obamaya, konqresmenlərə və dünyanın nüfuzlu qurumlarına çatdırılıb

28.05.2010 · 1245 baxış

ABŞ-ın Dövlət Katibi Hillari Klintonun administrasiyasından müraciətə gələn həftə cavab veriləcək<br /> <br /> <br /> Xəbər verildiyi kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də separatçı rejimin “seçki” keçirməsinə etiraz əlaməti olaraq dünyanın aparıcı dövlətlərinə, beynəlxalq qurumlara müraciət etmişdi. BAMF sədri Umud Rəhimoğlunun verdiyi məlumata görə onların müraciəti artıq ABŞ prezidenti Barak Obamaya, dövlət katibi Hillari Klintona, bu ölkənin konqresinə, BMT-yə və dünyanın bir sıra nüfuzlu qurumlarına çatdırılıb.

U.Rəhimoğlu ABŞ-ın Dövlət Katibi H.Klintonun administrasiyasından müraciətə gələn həftə cavab veriləcəyi barədə onlara məktub gəldiyini də deyib.

Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də separatçı rejimin “seçki” keçirməsinə etiraz əlaməti olaraq dünyanın aparıcı dövlətlərinə, beynəlxalq qurumlara BAMF-ın müraciətinin tam mətni:

Dünya ictimaiyyətinə müraciət!

Dünyanın bir çox yerlərində olduğu kimi, bu gün cənubi Qafqazda da separatizm bütün region üçün gərginlik mənbəyidir. Günahsız insanlar öldürülür, şəhərlər, kəndlər, evlər yandırılır dövlət infrastrukturu öz iş əhəngini itirir. Azərbaycan da uzun illərdir ki, erməni separatizmin hədəfinə tuş gəlib. 1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana əsassız torpaq iddiaları qaldıraraq təcavüzkar siyasət yürütməyə başlayıb. Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın əzəli torpağı olan Dağlıq Qarabağ ərazisi 18 ildir ki, işğal altındadır. Əhalimizin 8 nəfərdən biri məcburi köçkündür. Minlərlə insanımız öldürülüb, yaralanıb və müxtəlif işgəncələr məruz qalıb. BMT Ermənistanın işğalçı siyasətini pisləyən və zəbt edilmiş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad olunmasını tələb edən dörd qətnamə qəbul edib. Digər beynəlxalq qurumlarda analoji qətnamələr qəbul edib. Amma təəssüflər olsun ki, Ermənistan bu qətnamələrə məhəl qoymur və öz işğalçı siyasətini bu gün də davam etdirir.

Bunun da əsas səbəbi BMT və də digər nüfuzlu beynəlxalq güclər tərəfindən Ermənistana qarşı hər hansı ciddi sanksiyalar tətbiq etməməsidir. Şərq ölkələrində demokratiya və insan haqlarını müdafiəsi naminə sanksiyalar və silahlı güc tətbiq edən BMT və beynəlxalq qurumlar nədənsə Ermənistana gələndə ikili standartlarla davranır və işğalçılara qarşı bu addımları atmır.

Məhz belə ikili standartların nəticəsində problem həll edilməmiş qalır. Azərbaycanın erməni işğalı altında olan Dağlıq Qarabağ bölgəsində 2010-cu il mayın 23-də separatçı rejimin yenidən “seçki” keçirməsi də beynəlxalq güclərin bu problemə ikili standartlarla yanaşmanın nəticəsində baş verir.

Biz məqsədi dünyada yalnız sülh və əmin-amanlığın olması duran, devizi “Cahanda sülh, ölkədə sülh, evdə sülh” olan beynəlxalq təşkilat kimi dünyanın aparıcı dövlətlərini, bütün beynəlxalq gücləri bu “seçki”ni pisləməyə, Ermənistana və separatçı rejimə qarşı ciddi sanksiyalar tətbiq etməyə çağırırıq.

(c) 2018. IEPF