BAMF-ın saytı yeni dizaynda istifadəyə verildi

21.05.2008 · 1390 baxış

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) saytı yeniləndi. Bundan sonra oxucular www.iepf-ngo.org saytına daxil olaraq fond və onun fəaliyyəti ilə bağlı istədikləri məlumatı əldə edə bilərlər. BAMF-ın sözügedən saytında medianın, üçüncü sektorun fəaliyyəti və bugünki problemləri ilə tanış olmaq mümkündür.<br />

Oxucular eyni zamanda bu saytda BAMF üzvü olduğu, tərəfdaşlıq etdiyi beynəlxalq qurumlarla, o cümlədən Azərbaycanda fəaliyyət göstərən səfirliklər, QHT və dövlət qurumlarıilə birgə həyata keçirdiyi layihələr barədə məlumat əldə edəcəklər. Saytı yönəldənlər oxucular üçün fərqli və maraqlı xəbərlər vəd edirlər.

Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu əsasən üç istiqamətdə – media və vətəndaş cəmiyyətinin inkişafı; sülhməramlı aksiyalar və konfliktologiya; qaçqınlar, məcburi köçkünlər və icma problemləri istiqamətlərində fəaliyyət göstərir. 1992-ci ildə qurulan təşkilat 2000-ci ildən ölkədə qlobal bir problemin – mina probleminin həlli prosesinə də qoşulmuşdur.

(c) 2018. IEPF