<b>Beynəlxalq Mətbuat İnstitutunun Myanmadakı Baş Assambleyası bu gün öz işinə başlayıb. Buna qədər isə Beynəlxalq Mətbuat İnstitutunun İdarə heyətinin görüşü keçirilib. Görüşdə BMİ-nun ötən ilki fəaliyyəti və növbəti il üçün strateji planı müzakirə olunub . BMİ-nun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Barbara Trionfi idarə heyəti tərəfindən BMİ-nun icraçı direktoru vəzifəsinə seçildi. Bundan başqa İdarə heyəti özünün strateji tərəfdaşları ilə əməkdaşlığı da müzakirə edib. </b>
Qeyd edək ki, bu mötəbər qurumun İdarə Heyətində Azərbaycanı BAMF-ın sədr Umud Mirzəyev , bu beynəlxalq təşkilatın tərəfdaşları sırasında isə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) var. Bundan başqa BAMF-ın sədri Umud Mirzəyev Myanmanın İnformasiya Texnologiyaları naziri cənab Ye Htut və Myanmanın Mətbuat Şurasının sədri UKhin Maung Aye ilə görüşüb.
BAMF-ın Informasiya Departamenti


