<b>BMİ-nin İdarə heyətinin üzvü , İnstitutun Azərbaycan Milli Komitəsinin sədri Umud Rəhimoğlu idarə heyətinin sentyabr 27-sində İstanbul şəhərində keçiriləcək görüşündə iştirak edəcək. Şənbə günü reallaşacaq toplantıda bir sıra vacib məsələlər müzakirə olunacaq ki, bunlara 2015-ci ilin mart ayında Myanmada keçirilməsi nəzərdə tutulan Beynəlxalq Mətbuat İnstitutunun Dünya Konqresi və 64-cü Baş Assambleyasının iclası daxildir. </b>
Eyni zamanda dünya mediasının hazırki durumu , üzləşdiyi yeni çağırışlar , idarə heyətinin növbəti görüşünün reallaşdırılması və qarşıda duran digər fəaliyyətlər tədbir iştirakçılarının geniş şəkildə müzakirə predmeti olacaq .Xatırladaq ki, Beynəlxalq Avrasiya Mətbuat Fondunun təşkilatçılığı ilə 2012-ci ildə Bakıda Beynəlxalq Mətbuat İnstitutunun “Neft, qaz və media” beynəlxalq konfransı baş tutub. Hazırda BAMF Beynəlxalq Mətbuat İnstitutunun Regional Təşəbbüs proqramına rəhbərlik edir .
BAMF-ın Informasiya Departamenti
