BAMF-ın təmsilçiləri Umud Rəhimoğlu 24 sentyabr tarixində BMT-nin Nyu Yorkdakı baş qərargahında, Əlillərin maraqlarına uyğun Dayanıqlı İnkşafın əsas Məqsədləri ilə bağlı yüksək səviyyəli toplantıda iştirak edib.

24.09.2013 · 587 baxış

Umud Rəhimoğlu BMT-də müzakirələrə qoşuldu.
Görüşdə əmək qabiliyyətsizliyi problemi və əmək qabiliyyəti olmayan insanların inkişafı ilə məşqul olan bütün təşkilatlar və maraqlı tərəflər iştirak etmişdir.
Görüşün mahiyyəti, inkişafla bağlı yanaşmalarda potensialın yaradılmasının təmin edilməsindən ibarət olmuşdur. BAMF Azərbaycanda müharibədən ziyan görmüş insanlara, mina qurbanlarına dəstək göstərən təşkilat kimi daim əlilllərin problemləri ilə maraqlanır, Azərbaycanda fəaliyyət göstərən müharibədnzərərçəkmiş əlil və minadanzərərçəkən insanlara dəstək göstərən cəmiyyətlərlə birgə daha da çox işlər görməyə can atır.

2006-cı ildə BAMF ABŞ Dövlət Departamentinin dəstəyi ilə Azərbaycanda Minadan Zərərçəkənlər Asossasiyasını təsis etmişdir. Asossasiya, BAMF-ın mina qurbanlarının ehtiyaclarının araşdırılmasını həyata keçirdikdən sonra yaradılıb. Araşdırmalar onu göstərmişdi ki, müharibədən zərərçəkmiş insanlar və mina qurbanları tam inteqrasiyaya nail olmaq üçün bütün sahələrdə dəstəyə ehtiyac duyur. Bu səbəbdən də, inkşaf perspektivlərinin müəyyən edilməsi, çoxşaxəli müzakirələrin aparılması üçün BAMF Əlillərin maraqlarına uyğun Dayanıqlı İnkşafın əsas Məqsədləri ilə bağlı Toplantıda iştirak edir.

Bundan başqa BAMF sədri Umud Rəhimoğlu, Minilliyin İnkişaf Məqsədlərinin uğurlarının qeyd olunmasına 829 günün qalması münasibətilə BMT Fondu tərəfindən təşkil olunan “Minilliyin İnkşaf Məqsədlərinin (MİM) uğurları ” adlı nahar ziyafətində iştirak edib. Tədbirdə BMT Baş Katibinin müavini Yan Elissason, Qananın keçmiş prezidenti Con Kufuor, Bill və Melinda Qeyts Fondunun həmtəsisçisi Melinda Qeyts, ictimai xadim və iqtisadçı, Nobel Sülh Mükafatı laureatı Məhəmməd Yunus, Erikson şirkətinin baş direktoru, bəzi filantroplar, akademiklər və vətəndaş cəmiyyəti təşkilatı nümayəndələri iştirak etmişdir . Ziyafət zamanı da MİM-in çatışmazlıqlarının olması ilə yanaşı, dünyada aclıq probleminin həllində pozitiv tendensiyaların olunduğu və bu problemin ən az iki dəfə azaldığı qeyd olunmuşdur.
Ziyafət sonrası müzakirələr zamanı tanınmış iqtisadçı-alim Məhəmməd Yunusla danışıqlar aparan Umud Rəhimoğlu Azərbaycanda gedən sürətli inkşafdan söz açmışdır. Danışıqlar zamanı onun təcrübəsinin Azərbaycanda maraqla qarşılanacağından məmnunluğunu bildirən Məhəmməd Yunus BAMF sədrinin Bakıya dəvət təklifini böyük həvəslə qarşıladığını vurğulamışdır.

Sonda BAMF təmsilçiləri “İnsan Hüquqları və Davamlı İnkişafın Maliyyələşməsi”adlı tədbirə qatılıblar. Tədbirdə inkişafın maliyyələşməsi problemini müzakirə etmək üçün bütün maraqlı tərəflər iştirak etmişdir. İnkişafla bağlı bir çox layihələrin fövqəladə şəkildə özəl sektorlar tərəfindən maliyyələşməsi məsələsi müzakirə olundu. Çıxışlar zamanı özəl sektorun inkişaf proqramlarına intensiv olaraq cəlb edilməsindən xüsusi narahatlıq ifadə edilmişdir.
Belə ki, özəl sektorun bu aspektin maliyyələşməsini öz üzərinə götürməsi, vətəndaş cəmiyyətinin nüfuzunun azalmasına, kommersiya təşkilatlarının hər zaman öz maraqlarından çıxış etməsinə, şəffaflıq prinsiplərinə təsir etdiyi vurğulanmışdır.

Müzakirələrə əlavə olaraq BAMF təmsilçiləri İnsan Hüquqları və inkişafın maliyyələşməsinin ilk növbədə ehtiyac duyulan ölkələrə edilməsinin zəruriliyi və bütün vətəndaş cəmiyyəti təşkilatlarının bu prossesə cəlb olunmasının vacibliyini xüsusi olaraq bildirmişdirlər.
BAMF Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiyanın ən aktual məsələlər üzrə davamlı inkişaf prossesi ilə bağlı vətəndaş cəmiyyəti təşkilatlarının regional platformasının yaradılmasına öz tövhəsini vermək üçün Yüksək Səviyyəli tədbir və görüşlərdə iştirak edir.

(c) 2018. IEPF