<b>“Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə yerli Vətəndaş Cəmiyyəti Təşkilatları (VCT) və İcma Əsaslı Təşkilatların (IƏT) potensialının gücləndirilməsi” layihəsi çərçivəsində keçirilən “Kompüter”, “Stilistika”, “Çörək və Qənnadı” təlimlərinin III kurs məzunları təlimləri uğurla başa vuraraq 07.09.2014-cü il tarixində sertifikatlarla təltif edildilər. Tədbirdə BAMFBenəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Möhübbət Mirzəyev, Layihə Kordinatoru Faiq İbrahimov və regionlar üzrə qrup Kordinatorları iştirak etmişlər. </b>
Sertifikatla təltif olunan təlim iştirakçıları təlimlərdən lazımınca bəhrələndiklərini və keçirilən təlimlərin onlara işlərində çox böyük töhfə verdiyini bildirdilər. Eyni zamanda onlara göstərilən bu qayğılara görə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevə öz dərin minnətdarlıqlarını da bildiriblər.
BAMF-ın İnformasiya Departamenti



