<b>Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri cənab Umud Rəhimoğlu 12 Sentyabr 2013-cü il tarixində İsveç Beynəlxalq İnkişaf və Əməkdaşlıq Agentliyinin Şərqi Avropada İslahat və Əməkdaşlıq seçimi Departamenti üzrə Proqram Meneceri xanım Kristina Salomonsonla görüşü olmuşdur. </b>Görüşün məqsədi BAMF-ın öz tərəfdaşlıq və əməkdaşlığını qlobal şəkildə genişləndirməkdir. <br /> Görüş ərzində xanım Salomonson SİDA-nın işi və fəaliyyətindən danışdı. O, Sədrə SİDA-nın inkişafa aid 7 illik planı barədə məlumat verdi. 7 illik iş planının bitməsinə baxmayaraq, yeni strategiya artıq tərtib edildiyini bildirdi.
Xanım Salmonson qeyd etdi: “SİDA-nın sonuncu iş strategiyası zamanı Azərbaycan iş planına aid edilməmişdir,çünki, plan birbaşa olaraq İsveç Hökumətinin siyasətindən asılı vəziyyətdədir. İsveçin Azərbaycanla hələki ikitərəfli əlaqəsi yoxdur, lakin hazırda dəyişiklik edilir və 2014-cü ilin Yanvar ayına təyin edilən yeni strateji əməkdaşlıq planına Azərbaycanın daxil ediləcəyi nəzərdə tutulur ”
Sədr cənab Rəhimoğlu BAMF-ın Beynəlxalq Əlaqələr və Proqram departamentinin Direktoru Nik Nvolisa müşayiət edirdi. BAMF-ın hər iki nümayəndəsi SİDA nümayəndəliyini BAMF-ın tarixi və fəaliyyətləri barədə məlumatlandırdı. Sədr vurğuladı ki, “BAMF öz fəaliyyətlərini media, vətəndaş cəmiyətinin inkişafı, icmanın inkişafı,qaçqın və məcburi köçkünlərə dəstək , sülh quruculuğu və münaqişələrin həlli istiqamətində həyata keçirir,eyni zamanda Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya regionlarından olan Vətəndaş cəmiyyəti təşkilatları və Qeyri- hökumət təşkilatları ilə tərəfdaşlıq edir”. Sədr əlavə etdi ki, “ bu yaxında BAMF Beynəlxalq Sülh Bürosunun Qərbi Asiya üzrə regional nümayəndəsi seçilmişdir”.
SİDA nümayəndəliyi BAMF-ın fəaliyyətlərinə heyranlığını bildirdi və belə geniş bacarıqlara malik olan təşkilatla əməkdaşlıq etmək üçün razılaşdı. Xanım Salomonson BAMF-ın SİDA ilə işləyə bilməsi üçün müxtəlif təkliflər irəli sürdü və onlardan biri də BAMF-ın qrantlar üçün müraciət edə biləcəyi birbaşa əməkdaşlıqdır. Lakin bu mərhələdə əməkdaşlığın cəlb edilməsi mürəkkəbliyi güman edilir. Lakin buna baxmayaraq o, BAMF-la tərəfdaşlığa müsbət baxır. əsasən İnsan hüquqları və Demokratiya və həmçinin Ekologiya məsələləri üzrə birgə işlər görüləcəyini söyləyir.
Görüş daima əlaqə saxlamaq razılığı ilə başa çatdı. BAMF və SİDA nümayəndələri birgə tərəfdaşlıq vasitəsilə inkişafa yol açacaqlarına və gələcəkdə vətəndaş cəmiyyəti və ictimaiyyətin daha da inkişaf etməsində böyük rol oynayacaqlarına ümid edirlər.
Qeyd edək ki,BAMF-ın sədri Stokholmda keçiriləcək Beynəlxalq Sülh Bürosunun Üçillik Toplantısında iştirak edəcək. BAMF-ın Sədri BSB-nin 18 heyət üzvü və 13 regional nümayəndəliyindən ibarət Şurasına üzv seçiləcək . BAMF Qərbi Asiya üzrə Regional Nümayəndəsi olacaq.
