<b>İsveçin paytaxti Stokholm şəhərində, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri cənab Umud Rəhimoğlu Beynəlxalq Sülh Bürosunun əsas təmsilçiləri ilə görüşmüşdür</b><br /> <br /> <b>Görüşün məqsədi BAMF-nun Beynəlxalq Sülh Bürosu və digər maraqlı tərəflərlə qarşılıqlı əməkdaşlığı üçün təkliflərin müzakirə olunması idi</b><br /> <br /> İsveçin paytaxti Stokholm şəhərində, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri cənab Umud Rəhimoğlu Beynəlxalq Sülh Bürosunun əsas təmsilçiləri ilə görüşmüşdür.
Görüşdə, Nüvə Silahlarına qarşı Beynəlxalq Hüquqşünaslar Asossasiyasının və Beynəlxalq Sülh Bürosunun prezidenti cənab Rayner Braun, Qadın və Sülh Mədəniyyəti Təşkilatının direktoru xanım İnqeborq Breynes və Beynəlxalq Sülh Bürosunun baş katibi cənab Kolin Arçer iştirak etmişdir. Beynəlxalq Avrasiya Mətbuat Fondu Beynəlxalq Sülh Bürosu ilə indiyə qədər fəaliyyət göstərmədiyi regionla bağlı 4 maddədən ibarət təklif planını müzakirə etdilər. 4 maddədən ibarət təklif bunlardır: ilk növbədə, sülh, təhlükəsizlik və energetika mövzusunda konfransın təşkili, ikinci, sülhməramlı hərəkatla bağlı gənc jurnalistlərə və fəallara təlimlərin təşkili, üçüncü, Şərqi Avropa və Qərbi Avropa ölkələrini müqayisə edərək münaqişə və konfliktlərin idarə olunması ilə bağlı araşdırmalar aparmaq, dördüncü və son təklif isə Beynəlxalq Sülh Bürosunun yüksək səviyyəli təmsilçiləri ilə Azərbaycan Respublikasının dövlət rəsmiləri və vətəndaş cəmiyyətinin təmsilçiləri ilə müzakirələrin aparılması üçün işgüzar səfərin təşkili.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun Proqram və Beynəlxalq Münasibətlər Departamentinin direktoru cənab Nick Nvolisa da görüçdə iştirak etmişdir. Sədr və Proqram Departamentinin direktoru təkliflə bağlı məsələlərə aydınlıq gətirdilər. “BAMF Azərbaycanda və Azərbaycan hüdudlarından kənarda da sübut edilmiş uğurlara imza atmışdır, buna görə də təklif olunan fəaliyyətləri həyata keçirmək çətin olmayacaq”. Bundan əlavə, BAMF 2012-ci ildə 27 ölkədən 150-dən çox jurnalistin iştirak etdiyi Neft Qaz Media konfransı, 2013-cü ildə isə Mərkəzi Asiya, Qafqaz və Şərqi Avropa ölkələrindən 11 QHT-nın iştirak etdiyi, Davamlı İnkişaf Məqsədləri Mövzusunda Bakı Seminarı kimi genişmiqyaslı layihələr həyata keçirmişdir. Beynəlxalq Sülh Bürosu BAMF-nun regionlarda sülhün bərqərar olmasına göstərdiyi dəstəyə heyranlığını bildirdi. BAMF illər ərzində bu sahədə çalışaraq böyük təcrübə əldə etmişdir. BAMF ABŞ hökumətinin dəstəyi ilə hazırlanmış Zərərçəkmişlərə Yardım layihəsi çərçivəsində mina qurbanlarının həyat şəraitlərinin yaxşılaşdırılmasına dəstək göstərir və Minatəmizləmə əməliyyatlarında iştirak edir. BAMF-nun missiyasının Evdə sülh, Ölkədə sülh, Dünyada sülh olduğunu qeyd etmək lazımdır. BAMF-nun sədri qeyd etdi ki, “BAMF-nun bütün fəaliyyəti sülhə əsaslanmışdır”. Görüş BSB-nun yüksək səviyyəli nümayəndə heyyətinin Azərbaycana səfəri ilə bağlı razılaşmanın əldə olunması ilə yekunlaşdı. Qərar verildi ki, təklifdə qeyd olunan məsələlərə diqqət yetiriləcək. Önəmli olan, BAMF və Beynəlxalq Sülh Bürosunun regionda sülhə nail olmaq üçün əməkdaşlıq perspektivlərini əldə etmələridir. BAMF-nun sdəri Beynəlxalq Sülh Bürosunun 3 illik Assambleyasında iştirak etmək üçün Stokholmdadır. BAMF-nun sədri BSB-nun 18 idarə heyyəti üzvü və 13 regional təmsilçinin olduğu BSB-nun Şurasına üzv seçiləcək. BAMF Qərbi Asiya üzrə regional təmsilçi vəzifəsini icra edəcək.
13-15 Sentyabrda təşkil olunacaq Assambleyaya, Nobel Sülh mükafatı laureatları və namizədlərinin “Müdaxilə, silah yoxsa sözlər?” mövzusunda müzakirələrin aparılacağı Nobel gecəsi adlı panel, Suriya və Əfqanıstan mövzusunda və münaqişələrin mümkün həlli yolları mövzusunda sessiya, müharibəyə qarşı qanun və Əfqanıstana edilən 12 illik müdaxilə nə üçün sona çatmalıdır, kosmik silahlar, Pilotsuz uçan aparatlar və müdaxilə mövzusunda müzakirələr aparılacaq.
Tədbirdə həmçinin “Obamanın müharibələri: çoxqütblü dünyada imperial hakimiyyət” mövzusunda hesabat nitqi ilə çıxış olacaq. Müzakirələrlə yanaşı, Nobel Sülh Muzeyində BSB-nun 100 illiyi ilə bağlı “Sülh yaratmaq” mövzusunda fotosərgi keçiriləcək.
