
<b>Bu gün Əlcəzair Xalq Demokratik Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili Abbes Benmoussat Beynəlxalq Avrasiya Mətbuat Fondunu ziyarət edib. Fondun sədri Umud Mirzəyevlə görüşən diplomat, Əlcəzairlə Azərbaycan arasında, xüsusi ilə, vətəndaş cəmiyyəti sayəsində əməkdaşlıq imkanlarını müzakirə edib.</b><br />
U. Mirzəyev Əlcəzair-Azərbaycan əlaqələrinin vacibliyini vurğulayıb və gələcək əməkdaşlıq imkanlarına toxunub. Fondun vətəndaş cəmiyyətinin təşəkkülü, sülhü təbliğ etmə tədbirlərində iştirakı, insan hüquq və azadlıqlarının qorunması sahəsində fəaliyyəti barədə danışan U.Mirzəyev, BAMF-ın missiyası və hədəfləri haqqında əlcəzairli diplomata geniş məlumat verib.
Görüşdə Ərəb ölkələri ilə əməkdaşlıq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və digər vacib məsələlər müzakirə olunub.
Fondun fəaliyyətini yüksək qiymətləndirən A. Benmoussat, BAMF-la gələcəkdə əməkdaşlıq etməkdə maraqlı olduğunu ifadə edib.
