BAMF Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı rayonlarda tədbirlər keçirib

07.06.2014 · 779 baxış

<b>Beynəlxalq Avrasiya Mətbuat Fondu və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyi ABŞ Dövlət Departamentinin Əhali, Qaçqınlar və Miqrasiya Bürosunun maliyyə dəstəyi ilə həyata keçirilən “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədi ilə Yerli Vətəndaş Cəmiyyəti və İcma Əsaslı Təşkilatların potensialının artırılması” layihəsi çərçivəsində 1 İyun Uşaqların Beynəlxalq Müdafiə günü münasibəti ilə Bərdə, Ağdam və Ağcabədi rayonlarında mədəni tədbirlər və teatr oyunları təşkil edilib.</b>

Bərdə Rayonunda 2 İyun tarixində “866 ailəlik” məcburi köçkün qəsəbəsində “Yoxsulluğun azaldılmasi, Əlillərə və Kimsəsizlərə Yardım” İctimai Birliyi, Ağdam rayonunda 3 İyun tarixində Dördyol qəsəbəsində “Gələcək və İnkişaf” Gənclər İctimai Birliyi və nəhayət, Ağcabədi rayonunda 5 İyun tarixində “Ümid” məcburi köçkün qəsəbəsində “Gənclər üçün Təhsil Mərkəzi” Qarabağ Regional Ofisi ilə birgə həyata keçirilən teatr oyunları və digər mədəni tədbirlər uşaqlara sevinc dolu anlar yaşatmışdır. Ağcabədi rayonunda təşkil edilmiş tədbirdə BAMF-ın sədri cənab Umud Rəhimoğlu şəxsən iştirak edərək məcburi köçkün uşaqlara öz təbrikini çatdırmışdır. Tədbirin sonunda BAMF rəsmiləri tərəfindən uşaqlara qiymətli hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ötən ilin Noyabr ayından icrası başlanılan layihənin əsas məqsədi miqrant ərləri olan və ya gender əsaslı zorakılıq qurbanına çevrilmiş qadınlara xüsusi diqqət yetirməklə onların peşə bacarıqlarının artırılması, hədəf regionlarda bu kimi insanların hüquqi problemlərinin həll edilməsi və əhalinin həssas qrupları ilə işləyən (məcburi köçkünlər, gender zorakılığı qurbanı olmuş qadınlar, əhalinin az təminatlı təbəqəsi və s.) vətəndaş cəmiyyəti təşkilatları ilə təşkilati, habelə fərdi səlahiyyət fəaliyyəti ilə sosial-iqtisadi hüquq və məcburi köçkünlərin fonunda insanların səmərəli inteqrasiyasına nail olmaq üçün əlverişli mühitin yaradılmasına töhvə verməkdir.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF