Banqladeşdə İnformasiya Hüququ haqqında Akt qəbul olunub

18.07.2009 · 1507 baxış

İki ay ərzində hökumət idarələrində informasiyanın ötürülməsi sistemləri yaradılacaq

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) 2009-cu ilin 1 iyulunda Banqladeşdə çoxdan gözlənən İnformasiya Hüququ haqqında Aktın qəbul olunduğunu yüksək qiymətləndirir və üç üzvdən ibarət İnformasiya Komissiyasının yaradılmasını insanların informasiya mənbəyinə girişinin tanınması istiqamətində vacib addım kimi alqışlayır. Bununla belə, BMİ İnformasiya Hüququ haqqında Akta daxil edilmiş istisnaların çoxluğundan və Akta əsasən əldə edilən informasiyanın həcminin məhdudluğundan narahatdır.

Bu barədə BMİ-nin mərkəzi qərargahından BMİ-nin Azərbaycan üzrə Milli Komitəsinə məlumat verilib. Məlumata əsasən, BMİ-nin direktoru Deyvid Dədc deyib: “Baş nazir Şeyx Hasina 2008-ci ilin dekabrındakı görüşdə mətbuat azadlığına dəstək olacağını vurğulamışdı. İnformasiya Hüququ haqqında Aktın qəbulu əhəmiyyətli irəliləyiş olduğundan, Şeyx Hasina hökumətinə Aktın yerinə yetirilməsində lazımi addımların atılması üçün müraciət edirəm. Çünki bu qanun jurnalistlərin informasiyaya girişini asanlaşdırır və insanların öz hüquqlarını tanımaqda yardımçı olur”.

Qeyd edək ki, hökumət İnformasiya Hüququ haqqında Aktın yerinə yetirilməsini asanlaşdırmaq üçün Aktın qəbulundan sonra 60 gün ərzində hökumət idarələrində informasiyanın ötürülməsi sistemlərini yaratmalıdır.

BMİ-nin Azərbaycan üzrə Milli
Komitəsinin İnformasiya Departamenti

(c) 2018. IEPF