<b>E.Əfəndiyev: “...bu əlli illik yubileyində ədəbiyyat səndən sənə şikayət edir ki, hərdən ondan uzaq düşürsən, öz istedadını özündən küsdürürsən”</b><br /> <br /> Azərbaycan Respublikasının baş nazirin müavini, xalq yazıçısı Elçin Əfəndiyev şair-publisist, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlunu 50 illik yubileyi münasibəti ilə təbrik edib. E.Əfəndiyevin U.Rəhimoğluna ünvanlanan teleqramda deyilir:<br /> <br />
“Əziz Umud! Əlli yaşın münasibəti ilə səni ürəkdən təbrik edirəm! Sən bu əlli illiyi coşqun ictimai fəaliyyətin, vətənpərvərliyin nəticəsində bir vətəndaş kimi mənəvi təmizliyinə və xeyirxahlığına görə də bir insan kimi alnıaçıq, üzü ağ qarşılayırsan. Bu illər ərzində sən layiqli hörmət və nüfuz qazanmısan. Ancaq bu əlli illik yubileyində ədəbiyyat səndən sənə şikayət edir ki, hərdən ondan uzaq düşürsən, öz istedadını özündən küsdürürsən.
Səni bir daha təbrik edir, sənə uzun ömür, can sağlığı, xoşbəxtlik və Respublikamızın rifahı naminə ictimai fəaliyyətinizdə daha böyük uğurlar arzulayıram! Buna da inanırıq ki, gələcək yubileylərini, eyni zamanda, böyük də yaradıcılıq qələbələri ilə qarşılayacaqsan!”
BAMF-ın informasiya
departamenti
