Beynəlxalq Avrasiya Mətbuat Fondu yeni layihəyə başlayır

02.07.2010 · 1800 baxış

Beynəlxalq Avrasiya Mətbuat Fondu yeni layihəyə başlayır. Layihənin məqsədi Azərbaycanın aparıcı KİV-lərindəki real vəziyyətlə yerində tanış olmaq, jurnalistlərin xarici dil bacarıqlarını aşkara çıxarmaq üçün sorğular keçirməkdir. Yekunda təkcə aparıcı KİV-lərdə deyil, eyni zamanda ali təhsil ocaqlarının jurnalistika fakültələrində xarici dil bilən şəxslər müəyyənləşdiriləcək və onlara dil qabiliyyətlərini təkmilləşdirmək, eyni zamanda xarici mətbuata çıxış əldə etmək işində yardım göstəriləcək.

Layihə çərçivəsində fondun əməkdaşları Laura Cəbrayıllı və Rey Kərimoğlu iyulun 1-də “Media forum” saytının redaksiyasında olublar. Burada onlar əsasən internet mediasının problemləri, redaksiyanın iş şəraiti ilə, redaksiyada xarici dil bilən jurnalistlərlə maraqlanıblar. “Media forum”çularla görüşdə Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşları çağdaş mediamızın hazırkı vəziyyətini müzakirə ediblər.

“Media forum” saytının rəhbərliyi Beynəlxalq Avrasiya Mətbuat Fondunun həyata keçirməyə başladığı yeni layihəyə dəstək verəcəyini bildirib.

(c) 2018. IEPF