<b>Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Gürcüstan respublikasının rəhbərliyinin diqqətinin hələ 1990-cı ildən Cənubi Osetiya və Abxaziyadan olan məcburi köçkünlərin o zamandan müvəqqəti məskunlaşdıqları yerlərdən yeni yaşayış məkanlarına köçürülməsi zamanı yaranan problemlərə yönəltməsini istəyir. </b><br /> <br />
BAMF Gürcüstan dövlətinin bu köçürmə məqsədinin xoş niyyətli olmasan baxmayaraq, prosesin özü həyata keçirilərkən bir çox məqamlarda müxtəlif problemlər yaşanmasından narahatdır.
Əgər Gürcüstan rəhbərliyi məcburi köçkünlərin yenidən yerləşdirməyi planlaşdırırsa, onların sığınacaq kimi uyğunlaşdıqları yerlərdən zor tətbiq edilərək çıxarılması əvəzinə, bu insanların yerləşdirilməsi üçün xüsusi proqram-planla çıxış etsə daha yaxşı olardı. Bu zaman isə onların həm yerli, həm də beynəlxalq qanunlarla qorunan hüquqları pozulmamalıdır.
Yeri gəlmişkən, qeyd edək ki, Fond hələ sovetlər birliyi dövründə – Stalin hakimiyyəti zamanında Orta Asiyaya sürgün edilən Məhsəti türklərinin də Gürcüstandakı öz əzəli yurdlarına qayıtması məsələsinin də həllini istəyir. Bununla bağlı Gürcüstanın beynəlxalq öhdəliyi olsa da hələ də buna əməl etməyib.
BAMF xüsusilə də Bakıda müvəqqəti məskunlaşdıqları yerlərdə yaşayan yüz minlərlə məcburi köçkünlərin, qaçqınların olduğunu və onların bu probleminin hələ də həll olunmadığını nəzərə alaraq Gürcüstanın modelinin digər regionlarda da həyata keçirilməsini istəməzdi. Problemin həlli ilə məşğul olan beynəlxalq qurumlar tərəfindən qərar qəbul edilənədək Gürcüstan rəhbərliyinin köçürməyə yanaşmasına yenidən baxması daha uyğun olardı.
Xatırladaq ki, BAMF Qaçqın və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE) üzvüdür. Qaçqınlara və sığınacaq axtaranlara köməklik edən, Avropa ölkələrindən 69 üzvü olan ECRE QHT olaraq insan haqlarını və Avropanın sığınacaq siyasətini dəstəkləyir. ECRE və şəbəkənin üzvləri şərəf, ləyaqət, insan haqları, həmrəylik etikasına əsaslanaraq, sığınacaq axtaranları, qaçqınları, məcburi köçkünləri müdafiə edir, onların inteqrasiyasını dəstəkləyir.
BAMF-ın informasiya departamenti
