Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndələri APA-da olublar

03.08.2010 · 1681 baxış

Fondun nümayəndələri media ilə bağlı həyata keçirməyə başladıqları yeni layihə çərçivəsində Lent.az və Vesti.az saytlarına da baş çəkiblər<br /> <br /> Xəbər verildiyi kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondu bir qədər əvvəl media ilə bağlı yeni layihəyə başlayıb. Layihənin məqsədi Azərbaycanın aparıcı KİV-lərindəki real vəziyyətlə yerində tanış olmaq, jurnalistlərin xarici dil bacarıqlarını aşkara çıxarmaq üçün sorğular keçirməkdir. Yekunda təkcə aparıcı KİV-lərdə deyil, eyni zamanda ali təhsil ocaqlarının jurnalistika fakültələrində xarici dil bilən şəxslər də müəyyənləşdiriləcək və onlara dil qabiliyyətlərini təkmilləşdirmək, eyni zamanda xarici mətbuata çıxış əldə etmək işində yardım göstəriləcək.

Layihə çərçivəsində fondun əməkdaşları Siyab Məmmədli və Rey Kərimoğlu avqustun 3-də Azəri-Press (APA) informasiya agentliyində, Lent.az və Vesti.az redaksiyalarında olublar.

APA-nın baş redaktoru Vüsalə Mahirqızı ilə görüşdə onlar əsasən medianın problemlərini və Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırılmasında mətbuatın rolunu müzakirə ediblər. V.Mahirqızı BAMF-ın yeni başladığı layihəni təqdir edərək bu sahədə olan problemlərdən və onun həlli yollarından danışıb.

BAMF nümayəndələri həmçinin lent.az və vesti.az saytlarının redaksiyasında olublar.

Əvvəlcə onlar Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu, sonra isə Vesti.az-ın baş redaktoru Araz Zeynalovla görüşüblər. BAMF nümayəndələri redaksiyaların iş şəraiti ilə yaxından tanış olub, layihənin məqsədləri barədə əməkdaşlarla söhbət aparıblar.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF