<b>Xəbər verildiyi kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçirilən BMT-nin İqtisadi və Sosial Şurasının (ECOSOC) Yüksək Səviyyəli Toplantısına qatılıb. BAMF sədri toplantda çıxış edib. Çıxışı zamanı o, Azərbaycan müstəqilliyini əldə edəndən sonra yaradılan yeni təhsil sistemindən və bu sistemin inkişaf yollarından danışıb. U.Rəhimoğlu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemini, bu problemin ölkəmizə, o cümlədən Azərbaycanın təhsil sisteminə vurduğu ağır zərbənin nəticələrini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Onun çıxışının aktuallığnı nəzərə alıb çap edirik.</b>
“MƏSƏLƏNİN QOYULUŞU
Burada təmsil etdiyim Beynəlxlaq Avrasiya Mətbuat Fondu (BAMF) 1992-ci ildə Azərbaycanda fəaliyyətə başlayıb. 2007-ci ildən Fond BMT-nin İqtisadi və Sosial Şurasının xüsusi məşvərətçi statuslu üzvüdür. Bizim fondun fəaliyyət istiqamətinə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına kömək etmək və çox tərəfli humanitar işlər həyata keçirmək daxildir. Təhsil bizim fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Azərbaycan Respublikasında təhsil sistemi sovetlər dövründən irsən qalma bir sistemdir. Azərbaycan müstəqillik əldə etdikdən sonra qərb təhsil sisteminə istiqamətlənmişdir. Bu sahədə əsaslı islahatlara ehtiyac var. Azərbaycan Prezidenti öz sərəncamı ilə 2005-ci ildə təhsil məsələləri üzrə komissiya yaratdı. Komissiyanın yaradılmasında məqsəd təhsil sahəsində dünyada baş verən yeni mütərəqqi inkişafı nəzərə almaqla, təhsilin bütün səviyyələrində keyfiyyətin yaxşılaşdırılması, gələcək inkişaf naminə mümkün yolları müəyyənləşdirmək üçün təhsil sahəsində olan güclü və zəif cəhətlərin araşdırılması və üzə çıxarılması idi. Sərəncama uyğun olaraq 2005-ci ildə UNESCO Cenevrədə “Dayanıqlı Gələcək naminə Azərbaycanda Təhsil Sistemində İslahat” adlı konfrans keçirdi. Konfrans təhsil sistemində olan boşluq və çatışmazlıqlara uyğun məqsəd və vəzifələri aydınlaşdırmaqla, həmin boşluq və çatışmazlıqların aradan qaldırılması üçün perspektiv yolları müəyyənləşdirdi.
Yaxından əməkdaşlıq etdiyimiz UNİCEF-in də verdiyi məlumata görə, Azərbaycanın kənd yerləri təhsil sistemindəki çatışmazlıqdan əziyyət çəkir. Tədris ili başa çatmamış uşaqların məktəbdən ayrılması hallarına da rast gəlinir. Bu kimi məsələlərdə bir çox valideynlərin öz maraqları var. Çünki onlar uşaqların ev işlərində və biznes sahəsində daha faydalı verəmələrinə üstünlük verirlər. Bu hal həm oğlan, həm də qızlara aiddir.
Azərbaycanın üzləşdiyi problemlər birbaşa və ya dolayısı ilə Dağlıq Qarabağla bağlı hələ də həllini tapmamış Ermənistan-Azərbaycan arasındakı münaqişə ilə əlaqədardır. Bildiyiniz kimi, Azərbaycan ərazisinin 20% -i işğal altındadır. Yüzlərlə yaşayış məntəqələri, onlarla şəhər və bütün infrastruktur, yüzlərlə məktəb, minlərlə kitabxana dağılmışdır. Müəllimlər və məktəblərin inzibati heyətləri də daxil olmaqla, yüz minlərlə azərbaycanlı öz doğma yurd-yuvasını tərk etməyə məcbur olmuşdur. Bu vəziyyət sərhəd zonasına yaxın olan Azərbaycan ərazilərində ibtidai məktəbə davamiyyətin aşağı olmasının əsas səbəbidir.
BU PROBLEMİN HƏLLİ ÜÇÜN BAMF HANSI KÖMƏKLİYİ GÖSTƏRİR?
Biz müharibə qurbanlarına, qaçqınlara, məcburi köçkünlərə, əhalinin zəif təbəqəsinə və onların ailə üzvlərinə texniki peşə təhsili almaq üçün dəstək veririk. Təlimlər ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Azərbaycanın Tərtər rayonunda tikilmiş üç mərtəbəli Peşə Təlimi Mərkəzində (PTM) aparılır. Yeri gəlmişkən, dəstək üçün ABŞ hökumətinə təşəkkürümüzü bildiririk. Mərkəzdə ehtiyacı olanlara alternativ bacarıqlar aşılanır, onlar əldə etdikləri yeni peşə bacarıqları ilə işlə təmin olunmaq imkanı əldə edirlər. Bununla da onlar öz ailələrini dolandırmaq imkanı qazanırlar. PTM həmçinin normal təhsil almaq imkanı olmamış müharibədən və minadan zərər çəkmiş gənclərin yeni bacarıqlara yiyələnməsini təmin edir. Bu gənclərin təhsil alması üçün mərkəz ikinci şansdır.
ECOSOC ÜÇÜN TÖVSİYYƏLƏR
İlk öncə, Minilliyin İnkişaf Məqsədlərinin həyata keçirilməsi üçün ECOSOC inkişaf etməkdə olan ölkələrin hökumətləri ilə yüksək səviyyədə görüşlər keçirməli və daim dialoq vəziyyətində olmalıdır. İkincisi, ECOSOC həmçinin regionlarda təhsilə yönəlik öz fəaliyyətini məşvərətçi statuslu QHT – lər vasitəsilə gücləndirməlidir. Üçüncüsü, ECOSOC öz səsini qaldırmalı, konfliktlərin həll edilməsinə, qaçqınların və məcburi köçkünlərin dogma yurdlarına, məktəblərinə qayıtmalarına kömək etməlidir.
Diqqətinizə görə təşəkkür edirəm”.
U.Rəhimoğlunun Yüksək Səviyyəli Toplantıdakı çıxışını bu linklərdəndən ingilis və ya rus dilində izləyə bilərsiniz:
http://www.unmultimedia.org/tv/webcast/2011/07/international-eurasia-press-fund-general-debate-high-level-segment-2011-ecosoc.html
