<b>Beynəlxalq Böhran Qrupunun təmsilçisi Cessika Şapiro Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olub. Onu BAMF-ın proqramların inkişafı və beynəlxalq əlaqələr departamentinin rəhbəri Nik Nvolisa və Fondun digər departament rəhbərləri qarışlayıb.<br /> </b>
N.Nvolisa C.Şapiroya BAMF-ın yaranması və fəaliyyəti barədə ətraflı məlumat verib.
Görüş zamanı qonaq BAMF-ın qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirdiyi layihələrlə, bu istiqamətdə gördüyü işlərlə maraqlanıb. BAMF-ın qaçqın və məcburi köçkünlərin işləri üzrə departament rəhbəri Siyab Məmmədov Fondun bu sahədə həyata keçirdiyi layihələr və gördüyü işlərdən danışıb. O, məcburi köçkünlərin yeni salınmış yaşayış qəsəbələrinə köçürülməsi zamanı onların təhlükəsizlik və digər məsələləri Azərbaycan dövləti tərəfindən tam təmin olunduğunu qonağın diqqətinə çatdırıb.
BAMF-ın informasiya
departamenti
