Beynəlxalq Mətbuat İnstitutu: Cənubi Ukrayna jurnalistlər üçün olduqca təhlükəli zonadır

09.09.2014 · 1099 baxış

<b>BMİ avqustun əvvəllərindən Ukraynada itkin düşən daha sonra öldürülən Rusiya fotoqraf-müxbiri Andrey Steninın ölümünün araşdırılması məqsədi ilə çağırış edib. Bu haqda Beynəlxalq Mətbuat İnstitunun rəhbəri Qalina Sidirova bəyanat verib. Məlumata görə, Andrey Stelinin Rusiya vətəndaşıdır və RİA Novosti Xəbər Agentliyinin əməkdaşı olub. Avqustun əvvəllərində itkin düşən A.Stelinin tapılması ilə bağlı avqustun 26-da Moskvada Ukrayna səfirliyinin önündə aksiya keçirilib. </b>

3 sentyabrda isə Ukraynada Andrey Stelinin meyidinin qalıqları tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, onu Ukrayna qüvvələri həbs edib. Lakin daha sonra rəsmi Kiyev bu məlumatı təkzib edib. Qeyd edək ki, Rusiyalı fotoqraf-müxbirin naməlum ölümünün araşdırılması ilə bağlı çağırış edən Beynəlxalq Mətbuat İnstitunun rəhbəri Qalina Sidirova Cənubi Ukraynanı jurnalistlər üçün olduqca təhlükəli zona adlandırıb.

BAMF-ın İnformasiya Departamenti

(c) 2018. IEPF