Beynəlxalq Mətbuat İnstitutunun 60 illiyi qeyd olunub

20.09.2010 · 1715 baxış

Tədbirdə Azərbaycanı Umud Rəhimoğlu və BAMF-ın nümayəndə heyəti təmsil edib<br /> <br /> Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Dünya Konqresi və 60 illiyinə həsr olunmuş təntənəli yubiley tədbirləri keçirilib. Tədbirin açılışında BMİ-nin sədri Yan Virkkunen, BMİ-nin direktoru Alison Bethel McKenzie və Avstriyanın Avropa və beynəlxalq məsələlər üzrə federal naziri Mişel Spindelegger çıxış edib.<br /> Dünya jurnalistlərinin bu möhtəşəm toplantısında “Ağla gəlməyənlər haqqında düşünmək: xəbərləri itiririkmi?”, “Media hələ də ictimaiyyətin ehtiyacında olduğu məlumatı verə bilirmi?”, “Gələcəyin xəbəri və jurnalistika peşəsinin sabahı barədə BMİ-nin hesabatı”, “Yeni və ənənəvi media ciddi siyasi məsələləri necə əhatə edir?”, “Dəyişikliklər dövründə media azadlığı” mövzusunda məruzələr dinlənilib, mətbuat azadlığı, yeni texnologiyaların jurnalistika peşəsinə təsiri ilə bağlı müzakirələr aparılıb.

BMİ yaranmasının 50 illiyi münasibətilə 2000-ci ildə fəaliyyəti ilə fərqlənən dünyanın 50 jurnalistinə Dünya Mətbuat Azadlığı Qəhrəmanı mükafatını təqdim etmişdi. Təşkilat 60 illik yubileyi ilə əlaqədar, mətbuat azadlığının müdafiəsində xüsusi sədaqət, dəyanət və
cəsarəti ilə seçilən daha 10 nəfəri də siyahıya əlavə edib. Mükafatlar Vyananın şəhər zalında keçirilən təntənəli yubiley tədbirində təqdim olunub.

Dünya jurnalistlərinin toplantısı Slovakiyanın paytaxtı Bratislava şəhərində işini davam etdirib. Siyasi proseslərin azad mediada əks olunması ilə bağlı keçirilən müzakirələrdə Slovakiya Respublikasının xarici işlər naziri Miroslav Lajçakın məruzəsi dinlənilib.
BMİ-nin Dünya Konqresinin təntənəli bağlanış mərasimi sentyabrın 15-də Vyana şəhərində keçirilib.

Avstriya Respublikasının Prezidenti Haynts Fişer və Slovakiya Respublikasının Baş naziri İveta Radiçeva yubiley tədbirlərinə qatılmış, iştirakçılara öz iqamətgahlarında ziyafət veriblər.

Tədbirdə ölkəmizi BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu, BAMF-ın beynəlxalq məsləhətçisi Lutful Kəbir, BAMF-ın departament rəhbəri İfeanyichukvu Nvolisa təmsil edib.

BAMF-ın informasiya departamenti

(c) 2018. IEPF