<b><br /> Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) builki dünya qurultayı tanınmamış Tayvan Çin Respublikasında olacaq. Bu barədə təşkilatın Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun məlumat verib. Onun sözlərinə görə, sözügedən qurultay 2011-ci il 24-27 sentyabr tarixində Taypey şəhərində keçiriləcək. Bununla BMİ-nin ən böyük toplantısı 12 ildən sonra yenidən Şərqi Asiyada keçirilmiş olacaq. BMİ-nin direktoru Alizon Betel Makenzi tədbirin şərqdə planlaşdırılmasını Yaponiyada baş vermiş sunami fəlakətinə beynəlxalq medianın diqqət ayırması məqsədi ilə əlaqələndirib. <br /> </b>
Qurultayın proqramı “Asiyada media əsridirmi? XXI əsrin inkişaf prosesinin sayəsində yeni texnologiyalardan azad mediaya töhfə” mövzusunda tərtib olunub. Proqram medianın Asiyada inkişaf prosesi, o cümlədən, Şimali Kareyanın nüvə texnologiyası, söz azadlığı və digər məsələlər istiqamətində fəaliyyətini, həmçinin media sənayesinə dair məsələləri əhatə edir. Asiyada media təbliği ilə bağlı məsələlərin arasında Çin Xalq Respublikasının qüdrətinin artması və ABŞ-la rəqabət aparması, “Facebook” sosial şəbəkəsində üsyana çağırışlar və s. məsələlər də vardır.
BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti
Redaksiyadan: Mətndə dəyişiklik edilmişdir. Tanınmamış Tayvan Çin Respublikası haqqında əlavə məlumat üçün aşağıdakı linkə baxın:
http://www.fmprc.gov.cn/eng/ljzg/3568/t17792.shtml
