Beynəlxalq Mətbuat İnstitutunun Cənubi və Şərqi Avropa üzrə Media Təşkilatı Albaniyada jurnalistlərə hücumdan narahatdır

02.02.2011 · 1521 baxış

<b>Beynəlxalq Mətbuat İnstitutunun Cənubi və Şərqi Avropa üzrə Media Təşkilatının (CŞAMT-SEEMO) məlumatına görə, 21 yanvar 2011-ci il tarixdə Albaniya Milli Qvardiyası Tirananın küçələrində müxbirlərə və reportyorlara hücum edib. Lakin bu barədə məlumatlar Milli Qvardiya tərəfindən təkzib olunub. </b>

Qeyd edək ki, hadisə zamanı “ABC News”-un müxbiri Fatos Mahmutaja güllə yarası alıb, iki nəfər nümayişçi isə öldürüblər.

SEEMO-nun Baş Katibi Oliver Vujoviç məsələyə münasibətini bildirərək bu cür aqressiv rəftarın Milli Qvardiyaya yaraşmadığını deyib. SEEMO Albaniya hökumətindən tələb edir ki, jurnalistləri qorumaq üçün lazım olan addımları atsın. Həmçinin, təşkilat ali hökumətdən xahiş edir ki, zərər çəkmiş jurnalistlərin hüquqlarını təmin etsin və cinayətkarlar məsuliyyətə cəlb olunsunlar.

BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti

(c) 2018. IEPF