Beynəlxalq Mətbuat İnstitutunun idarə heyətinə yeni üzvlər seçilib

06.10.2011 · 3988 baxış

<b>Qurumun idarə heyətinin əvvəlki sədri Carl-Eugen Eberl bu postda daha 4 il çalışacaq</b><br /> <br /> <br /> Beynəlxalq Mətbuat İnstitutunun direktorlar şurası qurumun idarə heyətinin sədrini və yeni üzvlər seçibdir. BMİ-nin idarə heyətinin əvvəlki sədri Carl-Eugen Eberl yenidən bu posta layiq görülüb. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, idarə heyətinin yeni tərkibin formalaşması ilə bağlı BMİ-nin Taypeydə keçirilən dünya konqresində qərar verilib.

BMİ-nin idarə heyətinə isə Daniel Hadad-“CEO of Infobae” Bounes-Ayres qrupunun icraçı direktoru (Argentina), Ferial Haffajee-“City Press Newspaper” qəzetinin redaktoru (Cənibi Afirka), Tom Hetland-“Nepszabadsag” qəzetinin baş redaktoru (Macarıstan) və Markus Spillmann-“Neue Zürcher Zeitung in Zürich” qəzetinin baş redaktoru (İsveçrə) seçilibdir.

Qeyd edək ki, idarə heyətinin sədri və üzvləri 4 il müddətinə seçiliblər

(c) 2018. IEPF