Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin Bakıda keçirilən 1-ci toplantısı başa çatdı

04.11.2011 · 957 baxış

Toplantıda Bakı Bəyannaməsi qəbul edildi

Noyabrın 3-də Bakıda Beynəlxalq Mətbuat İnstitutunun Milli Komitələrinin sədrlərinin “Milli Komitələrin inkişaf platforması” adlı işə başlayan 1-ci toplantısı bu gün yekunlaşıb. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib.

Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) tarixində ilk dəfə keçirilən bu toplantıya BMİ-nin direktoru xanım Alison Makkanze, qurumun katibliyinin nümayəndəsi Kristin Klint, Milli Komitələrin rəhbərləri Karl-Eugene Eberle (Almaniya), Pavol Mudri (Slaveniya), Ravi Naraşimhan (Hindistan), So-Vihan Hyon (Şimali Koreya), Rahim Adedoyin (Nigeriya) Ferai Tinc (Türkiyə) və Latviyadan yeni üzvlüyə qəbul edilən Modris Audinş qatılıblar.

Noyabrın 4-dəki toplantıya BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu rəhbərlik edib. Toplantıda Milli Komitə rəhbərləri BMİ-nin Regional Əməkdaşlıq strategiyasının inkişaf etdirilməsi məsələsini müzakirə ediblər. Müzakirələr nəticəsində qərar alınıb ki, gələcəkdə Bakıda BMİ-nin Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələri əhatə edəcək Regional Təşəbbüs Mərkəzi yaradılsın.

Daha sonra Milli Komitə rəhbərləri tədbirdə Bakı Bəyannaməsini müzakirə ediblər. Geniş və ətraflı müzakirələrdən sonra Bakı Bəyannaməsi qəbul edilib.

BMİ-nin Azərbaycan Milli Komitəsinin üzvləri Vüsalə Mahirqızı, Ramiz Əsgər, Azər Həsrət və “İnsan Haqları Uğrunda” birliyinin sədri Eynulla Fətullayev qonaqlarla görüşüblər. Görüş zamanı Azərbaycan mediasının vəziyyəti müzakirə edilib.

Günün ikinci yarısı isə A.Makkanze, K.Klint və Milli Komitələrin rəhbərləri Azərbaycan Mətbuat Şurasında olublar.

BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti

(c) 2018. IEPF