Beynəlxalq Mətbuat İnstitutunun rəhbərlərinin görüşləri fevralın 24-də davam edib

24.02.2011 · 1201 baxış

<b>Onlar bu gün Eynulla Fətullayevin atası ilə görüşüblər, Bakı Salvyan Universitetində və “Azadlıq” radiosunda olublar</b><br /> <br /> <br /> Fevralın 21-dən Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlunun dəvəti ilə Azərbaycana işgüzar səfərə gələn BİM-nin direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milzin görüşləri fevralın 24-də də davam edib. Bu gün səhər saatlarında BMİ rəsmiləri hazırda həbsdə olan jurnalist Eynulla Fətullayevin atası Emin Fətullayevlə görüşüblər. E.Fətullayev qonaqlara oğlunun həbs olunması səbəbindən, jurnalistin hazırkı hüquqi və mənəvi-psixoloji vəziyyəti barədə məlumat verib. A.B.Mckenzi və A.Milz E.Fəatullaeyvin azadlığa çıxması üçün imkanlarını səfərbər edib mümkün olan bütün işləri görəcəklərini deyiblər.<br />

E.Fətullayev vaxt ayırıb onunla görüşdükləri üçün BMİ rəsmilərinə öz təşəkkürünü bildirib.

Bundan sonra qonaqlar Bakı Slavyan Universitetində (BSU) olublar. Onları BSU-nin dekanı İbrahim Paşa qəbul edib. Görüşdə BSU-nin jurnalistika kafedrasını rəhbəri, tanınmış telejurnalist Etibar Babayev, Avropa Şurasının “Azərbaycanda Jurnalsitika Təhsilinin İnkişafına Dəstək” layihəsinin rəhbəri Aynur Bəşirli də iştirak edib. İ.Paşa BSU-nin yaranmasından, mövcud təhsil sistemindən və əldə olunan uğurlardan danışıb. A.B.Mckenzi BMİ-nin mandatından söz açaraq bütün xarici ölkə səfərlərində jurnalistlərin təhsil aldığı təhsil ocaqlarına baş çəkdiklərini bildirib. Xanım Alison deyib ki, gələcəkdə Azərbaycanla reallaşdıracaqları layihələrdə BSU-i ilə də əməkdaşlıq edə bilərlər.

Axşam isə A.B.Mckenzi “Azadlıq” radiosunda “işdən sonra” verlişinin qonağı olub.

Bütün görüşlərdə qonaqları Beynəlxalq Avrasiya Mətbuat Fondun departament rəhbəri Nİk Nvolisa müşayiət edib.

Fevralın 25-də qonaqlar Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə İnkişafına Dəstək Fondunda olacaqlar. Onlar Fondun icraçı direktor Səfərli Vüqar və Fonun Müşahidə Şurasının üzvləri ilə görüşəcəklər. Saat 11-00 – da səfər təəssüratları və keçirdikləri görüşlərin nəticələri ilə bağlı onlar Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcəklər.

Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın əksər ölkələrində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində 20 milli komitəsi fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırar.

BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti

(c) 2018. IEPF