Bu gün axşam saatlarında Dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) direktoru Alison Betel Mckenzi və qurumun mətbuat, kommunikasiya məsələləri üzrə menecer Antoni Milz Bakıya işgüzar səfərə gəliblər.

Bu barədə onları Heydər Əliyev adına hava limanında qarşılayan Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu məlumat verib. BMİ rəsmilərinin səfərindən danışarkən U.Rəhimoğlu bunları deyib:

“Səfərdə onların əsas məqsədi Azərbaycan mətbuatının real vəziyyəti ilə yaxından tanış olmaq, onun inkişaf etdirilməsi yolları istiqamətində müzakirələr aparmaqdır. Əvvəlcədən planlaşdırıldığı kimi, fevralın 22-dən başlayaraq qonaqlar Azərbaycanın dövlət rəsmiləri, bir sıra media qurumlarının və KİV-rin rəhbərləri, o cümlədən, vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşlər keçirəcəklər”.
Xatırladaq ki, dünyanın ən nüfuzlu jurnalist təşkilatı olan BMİ 1950-ci ildə yaradılıb və dünyanın 120 ölkəsində bu mötəbər qurumun üzvləri var. Mərkəzi ofisi Avstriyanın paytaxtı Vyana da yerləşən BMİ-nin dünyanın müxtəlif ölkələrində milli komitələri fəaliyyət göstərir. Adətən, qurumun hər il keçirilən Dünya Konqresinə və Baş Assambleyasına dünyanın 500-ə yaxın ən məşhur və tanınmış media nümayəndəsi, dövlət başçıları, baş nazirlər, nazirlər, iş adamları qatılırar.
BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti