Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələri Tərtərdə olub

19.01.2011 · 1589 baxış

<b>Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri Serhan AKTORPAQ və Miyon PARK Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ABŞ Dövlət Departamentinin dəstəyi ilə Tərtər şəhərində inşa etdirdiyi Tərtər Regional Peşə Təlimi Mərkəzində olublar.</b><br /> <br /> Onlar BAMF-ın həyata keçirdiyi layihə çərçivəsində Tərtər Regional Peşə Təlimi Mərkəzində tədris olunan təlimlərlə maraqlanıblar. <br />

BAMF-ın beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nİk Novlisa həyata keçirilən layihənin məqsəd və vəzifələri, əldə olunmuş nəticələr barədə qonaqlara ətraflı məlumat verib. Sonra qonaqlar layihə çərçivəsində xalçaçılıq və tingçilik üzrə təlim alan müdavimlərin praktik məşğələlər keçdikləri sahələrdə olublar. Onlara xalça toxumaq qurğuları və iş prosesi, eyni zamanda, tinglərin əkilən, calaq vurulan torpaq sahəsi göstərilib.

Görüş zamanı sözügedən layihə çərçivəsində BAMF-la BMqT-nın əməkdaşlığı məsələsi müzakirə edilib.

Səfərdə qonaqları Mingəçevir Media Mərkəzinin rəhbəri Fərman Nəbiyev müşayiət edib.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF