<b>Beynəlxalq yayımçılar BBC, “Alman Dalğası” və “Amerikanın səsi” də daxil olan dünyanın ən böyük mətbuat azadlığı təşkilatı-Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) İdarə Heyətinin 27 üzvü İranda azad və müstəqil medianı susdurmaq üçün İran hökuməti tərəfindən aparılan və daha kəskinləşən kampaniyanı pisləyən qətnamə qəbul ediblər.</b>
Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin departament rəhbəri Nik Nvolisa məlumat verib. Onun sözlərinə görə, BMİ rəhbərliyi BBC Fars Televiziyası işə başlayandan bəri vaxtaşırı onun yayım siqnallarına qabaqcadan düşünülmüş müdaxilələr edilmiş, onlayn xidməti ardıcıl şəkildə blok olunmasını bildirib.
Qətnamədə bunun birbaşa İnsan Hüquqları barədə Ümumi Bəyannamənin 19-cu bəndinin pozulması olduğu bildirilir. BMİ cavabdehləri bu cəhdləri dayandırmağa, İran auditoriyasının balanslaşdırılmış beynəlxalq informasiya almasına mane olmamağa çağırır.
Beynəlxalq yayımçılar qətnamədə İran hakimiyyət orqanları tərəfindən bilərəkdən həyata keçirilən, onlara və yayımlarına təsir edən elektron müdaxiləni xüsusi vurğulayıblar.
BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti
