BMİ-nin NEFT, QAZ VƏ MEDİA KONFRANSININ PROQRAMI

13.09.2012 · 1447 baxış

Bakı, Azərbaycan, 17-19 sentyabr, 2012-ci il

Bazar ertəsi, 17 sentyabr 2012-ci il

13:00 Bakı-Tbilisi-Ceyhan (TBC) Xəzər Sanqaçal Terminalına səfər

QEYD: Əvvəlcədən qeydiyyatdan keçmək vacibdir!
Qeydiyyat üçün BMİ komandası ilə əlaqə saxlamanız xahiş olunur.

17:30 Qarşılama mərasimi
Azərbaycan Beynəlxalq Muğam Mərkəzi

19:00 Filmə baxış: “Crude” (Xam neft)
Azərbaycan Beynəlxalq Muğam Mərkəzi

Film mükafatlar sahibi Joe Berlinger tərəfindən çəkilmiş sənədli əsərdir və bir qrup ekvadorlunun vətəni Amazonun çirkləndirilməsilə əlaqədar Şevron-Teksako tərəfindən vurulmuş ziyanın aradan qaldırılması uğrunda mübarizəsindən danışır.

“Cəlbedici və vacib süjetdir. CRUDE (Xam neft) jurnalistika və incəsənəti birləşdirən fövqəladə bir işdir.” - Kristian Amanpur, CNN-in beynəlxalq məsələlər üzrə baş müxbiri

ÇƏRŞƏNBƏ AXŞAMI, 18 SENTYABR 2012-Cİ İL

9:00 Qeydiyyat

10:30 – 11:30 Açılış mərasimi
Gülüstan Sarayı

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin salamlaması

Alison Betel MakKenzi, BMİ-nin icraçı direktoru
Umud Rəhimoğlu, BMI Azərbaycan Milli Komitəsinin sədri
Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri
Natiq Əliyev, Azərbaycan Respublikası sənaye və energetika naziri.

11:30 – 12:00 Kofe fasiləsi
12:00 – 13:00 I sessiya: Neft və mətbuat azadlığı – çirkli sularda buruq?
Söz azadlığı bir çox ölkələrdə həssas məsələ sayılır, xüsusilə də neft ölkələrində. Enerji biznesinə dair informasiyalara giriş olmadığı halda, yalnız media informasiyadan kənarda qalmır, həmçinin ictimaiyyət də bu məsələlərə dair məlumatsız olurlar.

Moderator:
Antoni Mills, direktor müavini, Beynəlxalq Mətbuat İnstitutu

Körtis Breynard, redaktor, The Observatory, Columbia Journalism Review, Kolumbiya Universiteti, ABŞ.
Yurgen Rot, araşdırmaçı jurnalist, Almaniya
Kurtis Uilyams, baş enerji reportyoru, Trinidad Guardian, Karib hövzəsi reportyoru, Oil and Gas Journal (ABŞ), Trinidad və Tabaqo

13:00 – 13:30 İştirakçıların Kempinskiyə daşınması

13:30 – 14:30 Nahar
Kempinski Hotel Badamdar

14:30 -15:30 II sessiya: Risk və mükafatlandırma
Neft ehtiyatlarının sürətlə azaldığı dövrdə enerji şirkətləri suda və quruda yeni ehtiyatların axtarışı ilə məşğul olurlar. Transmilli korporasiyaların və böyük neft ölkələrinin əsas qayəsi müxtəlif borc alətləri və müstəqil balans hesabatları vasitəsilə minerallara olan hüquqların məhdudlaşdırılmasıdır ki, bu da müxbirlər üçün vəziyyəti anlamaqda müəyyən çətinliklər yaradır. Lokal konfliktlər və ekspropriasiya və bu qərarlara təsir göstərən aktivlərin milliləşdirilməsi kimi mürəkkəb və təhlükəli məsələləri kimlər nizamlayır?

Moderator:
Körtis Breynard, redaktor, The Observatory, Columbia Journalism Review, Kolumbiya Universiteti, ABŞ.

Panelçilər:
Anas Əlhəcci, baş iqtisadçı, NGP Energy Capital Management, LLC, Texas, ABŞ
Mətyu Halber, baş analitik, European Energy Review, Böyük Britaniya
Robert C. Uayner, Beynəlxalq biznes, ictimai siyasət, ictimai idarəetmə üzrə professor Beynəlxalq işlər üzrə Eliot Məktəbi, Corc Vaşinqton Universiteti, ABŞ

15:30-16:00 Kofe fasiləsi

16:00-17:15 III sessiya: Məsələnin izlənilməsi (gündəmdə saxlanılması): Hökumət sizə nə deməlidir?

Dövlətin neft maraqlarından yazarkən reportyorlar nə məlumat verə bilərlər? Media
buraxılışları ölkədə insanların bilgi almaq hüququnu necə təmin edir?

Moderator :
Tom Bergin, Avropa korporativ strategiya, müxbir, Reuters, Böyük Britaniya

Panelçilər:

Vüqar Bayramov, Sədr, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Azərbaycan
Hatem Qandir, biznes xəbərləri rəhbəri, Əl-Cəzirə, Qatar
Qriqoriy Pasko, direktor, Araşdırmaçı Jurnalistlər Fondu-Fond 19/29, Rusiya
Qodbe Tumuşabe, icraçı direktor, İnkişaf və Ətraf Mühit üzrə Məsləhətçilər Koalisiyası, Uqanda

17:30-18:30 IV sessiya: Tədqiqat, çıxarma və təhlükəsizlik
“Ənənəvi” neft ehtiyatlarının azalması ilə mədən sənayesi kompaniyaları daha çox yeni, çətin əl çatan mənbələrdən – şist gil tərkiblərdən dərin su rezervuarlarına, qatranlı qumluqlara kimi – asılıdır. 2010-cu ildə baş vermiş Meksika körfəzində neft axını fəlakəti bir daha onu göstərdi ki, təhlükəsizlik və neftin saxlanması texnologiyası ilə tədqiqat və neft çıxarma texnologiyası eyni səviyyədə deyildir. Körfəzə neft axını hadisəsindən sonra bir çox hökumət tənzimləyiciləri və neft kompaniyaları ixtilafları ört-basdır etməyə çalışmışlar. Hələ ki, gec deyil, bu insanların məsuliyyətli olmaları və nöqsanların açıqlanması üçün jurnalistlər nə edə bilərlər?

Moderator:
Marta Steffens, Amerika Biznes Redaktor və Yazarları Cəmiyyəti (ABEWS), biznes və maliyyə üzrə jurnalistikanın sədri, Missuri Jurnalistika Məktəbi, ABŞ

Panelçilər:
Toyin Okinoşo, təsisçi və redaktor, Africa Oil & Gas Report, Nigeriya
İlham Şaban, baş redaktor, “Turan Enerji” gündəlik bülletenin redaktoru, Azərbaycan
Elizabeth Sauder, enerji məsələləri üzrə reportyor, The Dallas Morning News, ABŞ

20:00 Şam yeməyi
Gülüstan Sarayı

Rəsmi salamlama:
Əli Həsənov, Azərbaycan Respublikası Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri

ÇƏRŞƏNBƏ, 19 SENTYABR 2012-CI IL
09:00 Qeydiyyat

10:30 V sessiya: Mənim ölkəm neftlə zəngindir, bəs mən niyə belə kasıbam? – 1-ci hissə
Araşdırma məlumatı hazırlama böyük cavablara və məsuliyyətə necə apara bilər

Moderator:
Alison Betel Makkenzi, icraçı direktor, Beynəlxalq Mətbuat İnstitutu (BMİ)

Tom Burgis, reportyor, Financial Times, Böyük Britaniya
Co Nem, jurnalist, New Vision, Uqanda
Artyom Şevçenko, aparıcı, “Nida işarəsi”, TVi, Ukrayna
Aidə Sultanova, baş redaktor, Azərpress, Azərbaycan

12:00 Nahar

13:30-14:15 IVsessiya: Ölkəm neftlə zəngindir, onda niyə mən belə kasıbam? – 2-ci hissə

Araşdırma məlumatı hazırlama böyük cavablara və məsuliyyətə necə apara bilər

Moderator:
Oçienq Rapuro, baş redaktor, Nation Media Group, Keniya

Panelçilər:
Aleks Abutu Ogustin, ətraf mühit şöbəsinin rəhbəri, Daily Trust newspaper, Nigeriya
Şahmar Mövsümov, icraçı direktor, Azərbaycan Dövlət Neft Fondu, Azərbaycan
Yohni Uest, təsisçi, OpenOil, Almaniya

14:15-14:45 Çay fasiləsi

14:45-16:00 VII sessiya: Bakı: qara qızıl paytaxtı

Moderator:
Mettyu Halber, baş analitik, European Energy Review, Böyük Britaniya

Bakının yerləşdiyi Abşeron yarımadasında neftin çıxarılması ilə əlaqədar ilk əsaslı informasiya 7-8-ci əsrlərə təsadüf edir. 10-cu əsrdə Bakıda qara və ağ neft təbii yolla çıxarılmağa başladı. 1891-ci ildə Rusiya ən çox neft çıxaran ölkə idi və çıxarılan neftin 95% Azərbaycanın payına düşürdü. 19-cu əsrin sonunda Bakının “Qara qızıl paytaxtı” kimi şöhrəti bütün dünyaya yayıldı. Rusiyadan ayrılaraq 20 illik müstəqilliyə malik olan millət üçün bunun nə anlamı var? Nələri öyrənmək olar? Və media bütün bu məsələlərdən necə bəhs edə bilər?
Panelçilər:

Sabit Bağırov, prezident, Sahibkarlığın İnkişafı Fondu direktorlar şurasının üzvü, Transparency International Azerbaijan
Mikayıl Cabbarov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun direktoru
Elşad Nəsirov, vitse-prezident, investisiyalar və marketinq, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, Azərbaycan

16:00-16:30 Kofe fasiləsi

16:30-17:30 VIII sessiya: Neft kompaniyaları tərəfindən sosial medianın ictimai fikirlə mübarizədə istifadəsi

Şirkətlər və hökumətlər geniş ictimaiyyətlə hansı informasiyaları bölüşməlidirlər? Bu informasiya necə və nə zaman paylaşılmalıdır? Sosial media vasitələrinin fasiləsiz inkişafı nəticəsində real zaman rejimində xəbərlərin paylaşılması və daha geniş şəffaflığa çağırış artıq yenilik deyil və norma halına düşmüşdür. Sosial media vasitələri faktiki olaraq “xəbərlərin” eyni zamanda həm istehsalçısı, həm də istehlakçısı olmaq şəraitini yaradır. Amma yenə də ən azı bir analitik qrupun hesabatında qeyd olunur ki, neft-qaz sənayesinin icraçı şəxsləri “sosial mediadan biznes vasitəsi kimi istifadədə maraqlı olsalar da bu yeniliyə skeptik yanaşırlar”. Beləliklə, neft və qaz sənayesində sosial mediadan istifadənin qaydaları, riskləri nə ola bilər, bu sektordakı ən yaxşı təcrübə hansıdır? Sosial media vasitələrinin son zamanlarda bu sahədə istifadəsilə bağlı biz nələri – lehinə və ya əleyhinə – öyrənmişik?

Moderator:
Kaşmir Hill, Texnologiya və sosial media reportyoru, Forbes, ABŞ

Panelçilər:

Tom Bergin, European Corporate Strategy, müxbir, Reuters, Böyük Britaniya
Zara Rahman, Araşdırmaçı əməkdaş, OpenOil, Almaniya
Patrisiya Devis Tsımşak, təsisçi və baş redaktor, Oil & Gas Eurasia, Rusiya

17:30 Bağlanış Mərasimi

18:30 – 19:45 Neft sərgisi
AzNeft dairəsindən başlayaraq Bakı dənizkənarı bulvarı ilə gəzinti

20:00 Vida naharı
“Bakı Nobel Neft Klubu” Restoranı

Bütün günlük tədbir Neft İşçilərinin Peşə Bayramı
“Azərbaycan Nefçilərinin Peşə Bayramı Günü”nün qeyd edilməsi

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) bütün konfrans iştirakçılarını bu, eləcə də Bakıda neftçilərin peşə bayramı günü münasibətilə təşkil edəcəyi bütün digər mədəni-kütləvi tədbirlərə dəvət edir.

Cümə axşamı, 20 Sentyabr, 2012-ci il

(c) 2018. IEPF