BMT Bakı Ofisi Beynəlxalq Qızlar gününü qeyd edir

16.10.2014 · 1212 baxış

<b>Beynəlxalq Qızlar Günü münasibətilə, Birləşmiş Millətlər Təşkilatının Bakı Ofisi Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) ilə birgə qızların imkanlarının genişləndirilməsi və insan hüquqlarının təmin edilməsinin vacibliyi barəsində dəyirmi masa keçirib. Tədbir SOS Ailələrin Gücləndirilməsi Proqramı da daxil olmaqla vətəndaş cəmiyyəti nümayəndələri, tələbələr, jurnalistləri bir araya toplayaraq oktyabrın 10-u BAMF-ın Bakı Baş Ofisində yerləşən təlim mərkəzində keçirilmişdir.</b>

Tədbir açılış çıxışı və bu əlamətdar günün qısa tarixi ilə bağlı məlumatla başladı, ardınca qızlar və qadınların imkanlarının genişləndirilməsi sahəsində BMT-nin fəaliyyətini əks etdirən qısa video görüntü təqdim olundu. Daha sonra BMT Baş Katibinin icmarıcı oxundu. İsmarıcda qeyd edilmişdir: “Biz maarifləndirmədən daha qabağa gedib qızların bilik, bacarıq, imkanlar və öz həyat yollarını müəyyənləşdirmək səlahiyyəti ilə təmin edilməsi üçün fəaliyyətə keçməliyik”

ASAN Xidmətin əməkdaşı Vüsalə Kərimova iştirakçılarla Paraolimpiya Oyunlarındakı müvəffəqiyyət hekayələrini payıaşarkən qeyd etmişdir ki, “Qızların təhsil alması vacibdir, çünki yalnız bu yolla biz qızların öz potensiallarını üzə çıxarmasna imkan yarada bilərik.” Tədbir digər xanım iştirakçıları da Azərbaycanda bir qız kimi böyüməyin nə demək olması haqqında fikirlərini bölüşməyə ruhlandırdı.

“Azərbaycan 20 ildən artıqdır ki, müstəqillik əldə edib, indi biz Hökumətdə və ictimai sektorda daha çox qadın liderlər görürük ki, bu da davamlı gələcək üçün çox perspektivlidir,” daha çox gender məsələləri və fikizi əngəlliyi olan insanların problemləri ilə məşğul olan gənc jurnalist Elnarə Məmmədova vurğuladı.

ASAN Xidmət nümayəndələrinin çıxışından sonra BAMF-ın Direktoru Umud Mirzəyev, tədbir iştirakçılarına imkan və xidmətlərin məhdud olduğu Azərbaycan regionlarında qadınların dəstəklənməsi sahəsində sədrlik etdiyi təşkilatının necə fəaliyyət göstərməsi haqqında məlumat verdi.

“Biz potensial məşğulluq məqsədilə müxtəlif bacarıqlara malik yeniyetmə qızların və qadınların imkanlarının genişləndirilməsi sahəsində Azərbaycanın müxtəlif bölgələrində bir sıra layihələr həyata keçirmişik. Bizim layihələrimizin əsas məqsədi qadınların həyat səviyyəsinin və maddi vəziyyətinin yaxşılaşdırılmasıdır”. O, həmçinin qeyd edib ki, maliyyə cəhətdən müstəqil qadınlar öz ərlərini az asılı vəziyyətdədir. O əlavə edib ki, “Maliyyə cəhətdən özünü təmin edən qadın ailəsinin rifahına davamlılıq gətirir və cəmiyyətin bütün üzvləri üçün ləyaqət və ədalət nümunəsinə çevrilir”.

Sonda , BMT Bakı Ofisinin nümayəndələri bütün iştirakçılara minnətdarlıqlarını bildirmiş və gender məsələləri ilə bağlı keçiriləcək gələcək tədbirlərdə daha fəal əməkdaşlığa səsləmişdir.

http://unic.un.org/imu/recentActivities/post/2014/10/10/UNO-Baku-celebrates-International-Day-of-the-Girl-Child.aspx

(c) 2018. IEPF