BMT-nin baş katibi Pan Ki Munun 29 aprel 2010-cu il-də 3 may –Dünya Mətbuat Azadlığı günü ilə bağlı düzənlənən mərasimindəki çıxışı

01.05.2010 · 1231 baxış

İctimai İnformasiya Departamentinin Baş Katibinin müavini cənab Akasakaya, Baş Məclisin Prezidenti vəzifəsini icra edən zati - aliləri Dr. Məhəmmədə, zati - aliləri səfir Monteiro Limaya, Mərkəzi İnformasiya Ofisinin sədri, BMT Müxbirlər Assosiasiyasının Prezidenti cənab Pioliyə, YUNESKO-dan xanım Alfsenə təşəkkürlər.<br /> Zati-aliləri, əziz həmkarlar, xanımlar və cənablar!<br /> Dünya Mətbuat Azadlığı Günü ilə bağlı mərasim də olmaqdan çox məmnunam. <br />

İnsan Haqları barədə Universal Deklarasiyanın 19-cu maddəsinə əsasən ifadə azadlığı insanın fundamental hüququdur. Lakin bütün dünyada hökumətlər və hakimiyyətə sahib olanlar buna əngəl olmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Onlar qəzet kağızına yüksək vergi qoyur, qəzetləri elə bahalaşdırırlar ki, insanlar onları ala bilmirlər. Müstəqil radio və televiziya stansiyaları hökumətin siyasətini tənqid etsələr, yayımdan çıxarılırlar. Senzorlar siyasi səbəblərə görə insanların internet səhifələrinə çıxışına əngəl olaraq jurnalistləri həbs edərək onlara mane olurlar.
Dünyanın bəzi yerlərində jurnalistlər şübhəli və ya mövcud olmayan ittihamlar əsasında illərlə həbsdə saxlanılır. Başqa yerdə onlar, sadəcə, işlərini gördüklərinə görə hədə və təqiblə üzləşir, hətta həyatlarını təhlükəyə atırlar. Sərhədindən asılı olmayaraq, istənilən KİV vasitəsilə informasiya axtarmaq, almaq və yaymaq hüququndan istifadə etdiklərinə görə təzyiqlərə məruz qalır.
Keçən il YUNESKO 77 dünyada jurnalistin qətlə yetirilməsini pislədi. Bunlar qızğın döyüş zamanı qətlə yetirilmiş tanınmış hərbi jurnalistlərdilər. Onların əksəriyyəti sülh dövründə kiçik yerli nəşrlərdə işləyiblər, pozuntuları və korrupsiyanı ifşa etmək cəhdlərinə görə qətlə yetiriliblər. Mən bu qətlləri pisləyir və təqsirkarların ədalət məhkəmələri qarşısına çıxarılmasına təkid edirəm.
Mediada çalışanları mühafizə etmək bütün hökumətlərin vəzifəsidir. Bu mühafizəyə jurnalistlərə qarşı cinayət törədənlərin istintaqı və məhkəmə tərəfindən təqib olunması daxil olmalıdır. Cəzasızlıq cinayətkarlara və qatillərə yaşıl işıq yandırır və gizlətməyə nəyisə olanlara imkan yaradır. Uzun müddətdir ki, bu, bütünlükdə cəmiyyətə aşındırıcı və pozucu təsir göstərir.
Xanımlar və cənablar, tanınmış media nümayəndələri!
Bu il mövzumuz informasiya azadlığı: bilmək hüququdur. Yaxşı xəbər açıq informasiya hüququnu tanıyan yeni qanunlar istiqamətində qlobal tendensiyanın olduğu xəbərdir. Lakin bu yeni qanunlar heç də həmişə işləmir. Rəsmi informasiya əldə etmək tələbi çox vaxt rədd olunur və ya illərlə gecikdirilir.
Bəzən yanlış informasiyanın yayılması da müəyyən problemlər yaradır. Lakin bunların əksəriyyəti məxfilik mədəniyyətinin və məsuliyyətinin olmadığına görə baş verir. Biz münasibətləri dəyişdirmək və məlumatlılığı artırmaq üçün işləməliyik. İnsanların onların həyatına təsir edən informasiyaya hüquqları var. Bu informasiya ilə onları təmin etmək dövlətlərin vəzifəsidir. Belə şəffaflıq yaxşı hər bir hökumət üçün vacibdir.
Xanımlar və cənablar!
Mən bugünkü tədbirdə Cənub-Şərqi Asiyada informasiya hüququnun müzakirə olunmasını alqışlayıram. Bu dinamik regionun ölkələri mətbuat azadlığı üzrə geniş spektrə, eləcə də cəzasızlıqdan dövlət repressiyasına qədər bir sıra ciddi problemlərə malikdir. Bu məsələlərin işıqlandırılması, həll yollarının təbliğ olunması məlumatlılığı artırmaq və həmrəylik nümayiş etməyin ən əhəmiyyətli vasitələridir.
BMT təqib olunan jurnalistləri və media peşəkarlarını hər yerdə dəstəkləyir!
Həmişə olduğu kimi, bu gün də dünyanın bütün hökumətlərini, vətəndaş cəmiyyəti və xalqlarını medianın əhəmiyyətli işini tanımağa və informasiya azadlığının müdafiəsinə qalxmağa çağırıram.

(c) 2018. IEPF