<b>Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan (BMT QAK) nümayəndəliyinin İnzibati/Proqram şöbəsinin müdiri Əhməd Cəlil Sahibzadə və hüquq şöbəsinin müdir müavini Quro Enger Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) olublar. </b><br /> <br /> Qonaqları BAMF-ın sədri Umud Rəhimoğlu qəbul edib. U.Rəhimoğlu görüşdə Ermənistanın Azərbaycana qarşı əsassız torpaq iddiaları qaldırması sayəsində yaranmış Dağlıq Qarabağ probleminin ağır nəticələrindən, bu münaqişənin yaratdığı qaçqınlar ordusunun qarşılaşdıqları çətinliklərin aradan qaldırılmasında Azərbaycan dövlətinin, o cümlədən QHT-lərin gördüyü işlərdən danışıb. <br />
O, söhbət zamanı BAMF-ın yaranma zərurətindən, fəaliyyətindən, həyata keçirilən layihələr və BMT-nin müxtəlif qurumları ilə birgə əməkdaşlıqları barədə qonaqlara ətraflı məlumat verib.

Ə.C.Sahilzadə öz növbəsində BMT QAK-ın missiyasından onun Azərbaycanda gördüyü işlərdən, gələcəkdə nəzərdə tutulan məsələlərdən danışıb.
Görüşdə BMT QAK-la BAMF arasında yaxından əməkdaşlıq məsələsi də müzakirə edilib.
BAMF-ın informasiya
departamenti
