<b>Xəbər verildiyi kimi, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Rəhimoğlu və Fondun beynəlxalq əlaqələr və proqramlar departamentinin rəhbəri Nik Nvolisa Nyu-Yorka səfərdədilər.</b><br /> <br /> Səfərin məqsədi BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) BAMF-ın 4 illik fəaliyyəti ilə bağlı təqdim etdiyi hesabatın müzakirəsində və ECOSOC-un Sosial İnkişaf Komissiyasının 50-ci sessiyasında iştirak etməkdir. Bu barədə BAMF sədri U.Rəhimoğlu məlumat verib. Onun sözlərinə görə, artıq BAMF-ın hesababatı qəbul edilib.<br />
U.Rəhimoğlu sessiyada müxtəlif mövzularda müzakirələrin aparıldığınını, 2014-cü ildə Beynəlxalq Ailə İlinin 20 illik yubileyinə hazırlıq və yubileyin keçirilməsi barədə, habelə inkişafın gündəliyində əlliliyin əsas məsələlərinə dair BMT-nin Baş Katibinin hesabatının dinlənildiyini də deyib.
BAMF sədri U.Rəhimoğlu və N.Nvolisa sözügedən sessiyada “Kasıbçılıq, Gənclərin işsizliyi” mövzusunda keçirilən tədbirdə yaxından iştirak ediblər. N.Nvolisa “Yerdəyişmə – Azərbaycan gəncləri arasında qeyri-bərabər imkanların və işsizlik səviyyəsinin yüksək olmasının əsas səbəbi kimi” movzusunda çıxış edib. O, çıxışında Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində öz yurdlarını tərk etmiş azərbaycanlı məcburi köçkünlərin vəziyyətindən, BAMF-ın onlara yönəlik fəaliyyətindən danışıb. N.Nvolisanın çıxışı ətrafında sual-cavab xarakterli müzakirə aparılıb.
Qeyd edək ki, BAMF-ın sədri U.Rəhimoğlu ötən il BMT-nin Cenevredə keçirilən Yüksək Səviyyəli toplantısında çıxış etmişdir.
BAMF- informasiya
departamenti
