14 noyabr 2007-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) arasında görüş keçirilmişdir. Görüş BMT QAK-ın Azərbayjan Nümayəndəliyində olmuşdur. Əsas məqsəd ölkədə qaçqınlar/məjburi köçkünlər və sığınajaq axtaranların mövjud vəziyyətinin, üzləşdikləri əsas problemlərin geniş müzakirəsi olmuşdur.<br />
Görüşdə BMTQAK-ın Azərbaycandakı rəsmi nümayəndəsi cənab Vilyam Tol, BMTQAK-ın Azərbaycandakı Müdafiə üzrə Məmuru xanım Leyla Nuğmanova, BAMF-ın sədri Umud Mirzəyev və Qaçqın və Məcburi Köçkünlərin Problemləri və İcmanın İnkişafı üzrə Departamentinin məsul şəxsi cənab Nik Nvolisa iştirak etmişdir.
Görüşdə BAMF-ın əməkdaşları qaçqın və məcburi köçkünlərin məsələlərinə dair görülmüş işlər haqqında geniş məlumat vermişlər. Eyni zamanda BAMF Qaçqın və Sürgündə Yaşayanlar üzrə Avropa Şurasının (ECRE) Azərbaycanda yeganə üzvü kimi ECRE-nin strateji planına əsasən müvafiq hakimiyyət orqanları, beynəlxalq və yerli təşkilatlarla əməkdaşlıq çərçivəsində qaçqınların və sığınajaq axtaranların problemlərinin həllinə yardımçı olmağın, bütün ölkə üzrə vahid informasiya bazasının hazırlanmasının məqsədə uyğunluğu xususi vurğulanmışdır. ECRE və BMT QAK arasında imzalanmış Strateji Əməkdaşlığa dair 25 sentyabr 2007-ci il tarixli Razılıq Memorandumunun da birgə əməkdaşlığa zəmin yaratdığı xüsusi qeyd olunmuşdur.
Cənab Tol isə öz növbəsində BAMF-ın fəaliyyət istiqamətlərində, xüsusən də ECRE-nin strateji planına müvafiq olaraq üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsinəd ona dəstək olacağını bildirdi. Eyni zamanda o, Azərbaycanda qaçqın/məcburi köçkünlərin və sığınajaq axtaranların vəziyyəti, əsas problemləri və BMT QAK-ın bu sahədə gördüyü işlər haqqında məlumat verdi. Ancaq o hökumətlə bu sahədə çox yaxşı əməkdaşlıq münasibətlərinin olmasına baxmayaraq onu da vurğuladı ki, qaçqınlar, xüsusilə də xaricdən gəlmiş qaçqınlarla əlaqədar daha çox işlərin görülməli olduğunu, müvafiq qanunvericiliyinin təkmilləşdirilməsinə və sığınacaq statusunun təmin edilməsinə ehtiyacın olduğunu xüsusi vurğuladı.
BAMF nümayəndəsi görüşün nəticəsinin 20-21 noyabr 2007-ci ildə Portuqaliyanın Lissabon şəhərində keçiriləcək ECRE-nin Yarımillik Ümumi iclasında diqqətə çatdırılacağı barədə BMTQAK-ın rəsmilərini məlumatlandırmışdır. Görüşün faydalı olmasını əsaslandıran əsas amillərdən biri də o olimuşdur ki, BAMF ilə BMTQAK arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi haqqında razılıq əldə olunmuş.
