BMT rəsmisi Andrey Abramov Azərbaycana gəlib

11.11.2011 · 957 baxış

<b>O, Azərbaycanda QHT-in inkişafına dövlət dəstəyindən məmnun qalıb<br /> </b><br /> <br /> BMT-nin Iqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov Azərbaycanda səfərdədir. O, ölkəmizə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə gəlib. Bu barədə BAMF-ın sədri Umud Rəhimoğlu məlumat verib. <br />

Onun sözlərinə görə, qonağın ölkəmizə səfərinin əsas məqsədinin Azərbaycanda QHT sektorunun real vəziyyət ilə tanış olmaqdan, onların BMT agentlikləri strukturlarına inteqrasiya yolları və perespektivlərini araşdırmaqdan, vətəndaş cəmiyyəti institutunun daha da dinamik inkişafı məqsədi ilə müzakirələr aparmaqdan, BAMF-ın regionlarda gördüyü işlər, həyata keçirdiyi layihələrlə tanışlıqdan ibarət olduğunu deyib: “Beynəlxalq Avrasiya Mətbuat Fondu 2007-ci ildən ECOSOC-un məşvərətçi statuslu üzvüdür. Biz ECOSOC-un müxtəlif ölkələrdə keçirilən toplnatılarında daima iştirak edirik. Sonuncu dəfə ECOSOC-un bu il iyulun 4-8 də İsveçrənin Cenevrə şəhərində keçirilən Yüksək Səviyyəli Toplantısına qatıldım və həmin tədbirdə çıxış etdim (http://www.iepf-ngo.org/news.php?id=701). Bu səfərlərimizdə Andrey Abramovla onun Azərbaycana səfərini də müzakirə etmişdik. Eyni zamanda, biz Andrey Abramovla BAMF-ın strateji inkişaf platformasının hazırlanmasını müzakirə edəcəyik. Bu gün səhər Andrey Abramov Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində oldu. Bundan sonra digər görüşlərə başladı”.

U.Rəhimoğlu bu gün A.Abramovun Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında olduğunu deyib: “Bu gün cənab Abramov Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasında sədri, millət vəkili Azay Quliyevlə və 20-dən artıq QHT rəhbərləri ilə görüşdü. Qonaq Azərbaycanda QHT-in inkişafına dövlət dəstəyindən məmnun qaldı. O, Azərbaycan QHT-lərinin ECOSOC-la əlaqələrinin daha da inkişaf etdirilməsinin vacibliyini vurğuladı”.

A.Abramov ölkəmizə dəvətə görə BAMF U.Rəhimoğluna təşəkkür edib. Görüşdə çıxış edən QHT rəhbərləri Umud Rəhimoğlu, Əhməd Qəşəmoğlu, Vüsalə Hüseynli, Pərvin Məmmədova, Novella Cəfəroğlu, İsrail İsgəndərov, Səidə Qocamanlı, Rauf Zeyni, Səadət Bənənyarlı, Vahid Qazi və başqaları bu nüfuzlu BMT strukturu ilə əməkdaşlıq haqqında öz fikirlərini bildiribilər. BMT-nin Azərbaycandakı təmsilçiliyinin yerli QHT-lərlə əlaqələrinin gücləndirilməsi, Dağlıq Qarabağ münaqişəsinin həlli naminə icma təmaslarının artırılması, qaçqın və məcburi köçkünlərin sosial problemlərinin qarşılanması, BMT strukturları vasitəsilə başqa ölkələrin iş təcrübəsinin öyrənilməsi və başqa məsələlər barədə əməkdaşlıq haqda fikir mübadiləsi aparıldı.

Günün ikinci yarısı A.Abramov və U.Rəhimoğlu Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla, BMT-nin ölkəmizdəki nümayəndəliyinin ictimai informasiya departamentinin rəhbəri Envera Selimoviçlə görüşüblər.

BAMF-ın informasiya
departamenti

(c) 2018. IEPF