Bolqarıstanda qəzet redaksiyasının binası qarşısında partlayış olub

13.02.2011 · 1119 baxış

<b>BMİ-nin Cənub-Şərqi Avropa üzrə Media Təşkilatı mediaya hücumlardan narahatlığını bildirir</b><br /> <br /> <br /> Bolqarıstanın paytaxtı Sofiyada “Qalereya” həftəlik qəzetinin redaksiyası qarşısında bomba partlayıb. Beynəlxalq Mətbuat İnstitutunun Cənub-Şərqi Avropa üzrə Media Təşkilatı (CŞAMT- SEEMO) hadisə ilə bağlı ciddi şəkildə narahatlığını bildirib. Bu barədə BMİ-nin Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu CŞAMT-yə istinadən məlumat verib.<br />

O, bildirib ki, “Qalereya” qəzeti Bolqarıstan hökumətini tənqid edən yazılarla məşhurdur. Qəzet keçən ay Bolqarıstanda yüksək vəzifəli məmurların rüşvətxor fəaliyyətinin üstünü açan gizli telefon danışıqlarından yazmışdır.

CŞAMT-dan BMİ-nin Azərbaycan Milli Komitəsinə verilən məlumata görə, bu partlayış Bolqarıstan Avropa Birliyinə qoşulduqdan sonra ölkədə kütləvi informasiya vasitələrinə birinci hücum deyildir. Belə ki, 2010-cu il fevralın 3-də “SKAT” televiziyasının Varnadakı ofisində də partlayış törədilmişdir.

Olayla bağlı CŞAMT-nin Baş Katibi Oliver Vujoviç bunları deyib: “Beynəlxalq Mətbuat İnstitutunun Cənub-Şərqi Avropa üzrə Media Təşkilatı olaraq Bolqarıstan hökumətindən xahiş edirik ki, hadisənin lazımi səviyyədə təhqiqatını təşkil etsin. Redaksiyaya hücumun səbəblərini öyrənmək çox vacib məsələdir. İnanırıq ki, Bolqarıstan hökuməti hadisəni dərindən araşdıracaq və partlayışı törədənləri cinayət məsuliyyətinə cəlb edəcəkdir. Burada yalnız bombanı partladanlar yox, ümumiyyətlə cinayəti törədənlərin axtarılıb tapılmasını nəzərdə tuturuq”.

O, əlavə edib ki, “CŞAMT son illər Bolqarıstanda araşdırıcı müxbirlərə və onların ailə üzvlərinə qarşı bir çox hücum və hədə-qorxu hallarını qeydə almışdır. Çox təəssüfləndirici haldır ki, Bolqarıstanın Avropa Birliyinin üzvü olmasına baxmayaraq, ölkədə bu cür hadisələr hələ də davam edir. Bolqarıstan hakimiyyətinin rəhbərləri gərək müxbirlərin təhlükəsiz iş şəraitinin təminatı üçün əlindən gələni etsin”.

BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti

(c) 2018. IEPF