Cənubi Qafqazda «Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi» layihəsi

02.02.2007 · 1610 baxış

Qaçqın və Sürgündə Yaşayanlar üzrə Avropa Şurasının (ECRE) Avropa Birliyi ofisinin inzibatçısı və məlumat üzrə məmuru cənab Miriam Rau tərəfindən ECRE-nin regiondan yeganə üzvü kimi Beynəlxalq Avrasiya Mətbuat Fonduna məktub ünvanlanmışdır.Məktubda bildirilir ki, Avropa Komissiyasının maliyyə dəstəyi ilə « Gürcüstan, Ermənistan və Azərbaycanda Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi» layihəsi həyata keçiriləcək.

Layihədə acınacıqlı vəziyyətdə olan 24 qaçqın və ya sığınacaq axtaran benefisar, eləcə də digər tələbələr iştirak edə bilərlər. Benefisarlar üçün qrantlar kifayət qədər yüksəkdir (aylıq ayırmalar 1000 -1800 EURO). Proqram həmçinin benefisarın təyyarə biletini, habelə onların sağlamlıq və bədbəxt hadisələrdən sığortalanmalarını da qarşılayır.
Ərizələrin təqdim olunması üçün son müddət aşağıdakı kimidir:

Elmi işçilər və ali məktəbi bitirməmiş (sonuncu kurs) tələbələr üçün– 15/10/2007
Magistr, PhD tələbələr və doktorluğa namizədlər üçün– 30/10/2007
Bütün ərizələr layihənin vebsaytı vasitəsi ilə təqdim ediləcək.

Erasmus Mundus Xarici Əməkdaşlıq Pəncərəsi haqqında daha ətraflı məlumatı bu veb saytdan əldə edə bilərsiniz.

Layihədə iştirakla bağlı əlavə informasiya əldə etmək istəyənlər BAMF-ın Bakı şəhərində yerləşən baş qərargahı ilə əlaqə saxlaya bilərlər.

(c) 2018. IEPF