
<b>Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında sədr Umud Mirzəyevlə görüşən Çinin İctimai Biliklər Akademiyasının “One Belt One Road” araşdırma mərkəzinin baş katibin müavini Cyu Venxun Çinlə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr haqqında geniş məlumat verib və Çinin tarixi Böyük İpək yolunun bərpası istiqamətində gördüyü işlər barədə fikrini açıqlayıb. </b>
O bildirib ki, Çinin ali rəhbərliyi tərəfindən irəli sürülən ideyanın əsas məqsədi iqtisadi cəhətdən bütün region ölkələri üçün sərfəli təkliflə çıxış etməkdir. Azərbaycanın da bu layihəyə ciddi önəm verdiyini xatırladan BAMF-ın sədri Umud Mirzəyev də ikitərəfli əlaqələrin daha da artırılmasının ortaq layihələrin çoxalmasına gətirib çıxaracağını deyib. Tərəflər birgə müzakirələrin sonunda hər 2 təşkilat arasında qarşılıqlı əməkdaşlığın daha da genişlənməsinin vacibliyini qeyd ediblər. Səfərinin sonunda Çinin İctimai Biliklər Akademiyasının “One Belt One Road” təşkilatınn baş katibinin müavini Cyu Venxun EurasiaDiary.com analitik internet portalına müsahibə verib.
