Daha bir jurnalist öldürülüb

30.07.2009 · 1329 baxış

PHILIPPINES SLAIN JOURNALISTSİyulun 27-də Filippinin Barobo şəhərində naməlum silahlı şəxs tərəfindən radiojurnalist Qodofredo Linao güllələnərək qətlə yetirilib. Beynəlxalq Mətbuat İnstitutundan (BMİ) Beynəlxalq Avrasiya Mətbuat Fonduna (BAMF) verilən məlumata görə, bununla Fillipində bu il öldürülmüş jurnalistlərin sayı dördə çatıb. 2010-cu ildəki seçkilərdə namizədliyini irəli sürməyə hazırlaşan Q.Linao Bisliq şəhərinin Nitin radiosunda həftəlik verilişin müəllifi olub. Proqramda yerli hökumətin korrupsiya hallarına daha çox diqqət yetirilib.

BMİ direktoru Devid Dədc bu qətllərdən təəssüfləndiyini bildirib: “Biz Fillipin hökumətini bu dəhşətli qətllərə görə cavabdehlik daşıyanları ədalət qarşısına çıxarmaq üçün lazımi addım atmağa çağırırıq. Prezident Arroyo hökuməti ölkədəki rüsvayçı cəzasızlıq mühitini aradan qaldırmalı və jurnalistlərin azad fəaliyyətini təmin etməlidir”.

Qeyd edək ki, bu qətl Filipppində son zamanlar bir-birinin ardınca baş vermiş jurnalist qətllərinin davamıdır. İyunun 9-da digər radiojurnalist Krispin Perez San Xose şəhərində, iyunun 12-də köşə yazarı Antonio Kastillo Uson şəhərində, iyunun 24-də isə DXFM radiostansiyasının sahibi Conatan Petalvero Bayuqan şəhərində naməlum şəxslər tərəfindən öldürülüb.

BAMF-ın İnformasiya

Departamenti

(c) 2018. IEPF