<b>Şəhərin baş meydanında minlərlə tərtərli bayram şənliyinə qatılıb</b><br /> <br /> Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il bayramı Tərtər şəhərinin baş meydanında böyük coşqu ilə qeyd olunub. Tərtər rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş tədbirdə minlərə tərtərli yaxından iştirak edib. Tədbiri açan Tərtər rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev Dünya azərbaycanlılarının həmrəylik günü və yen il bayramı münasibəti ilə bütün tərtərliləri təbrik edib. O, 2010-cu ildə Tərtər rayonunda həyata keçirilən işlərdən, əldə olunan uğurlardan danışıb. “Sizlər, əziz tərtərlilər, həm müharibədə qəhrəmanlıqla vuruşdunuz, torpaqlarımızı yağı düşməndən müdafiə etdiniz, həm də Tərtərin yenidən qurulmasında, inkişafında elə o qəhrəmanlıqla da iştirak edirsiniz.<br /> <br />
Bu gün Tərtərdə aparılan abadlıq və quruculuq işləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həyata keçirilir. Biz yerlərdə cənab prezidenti tapşırığı və təlimatı ilə fəaliyyət göstəririk”, deyə o, bildirib. V.İsayev Tərtər şəhərində tikinti işlərinin genişləndirilməsindən, gələcəkdə planlarından söz açıb.
Sonra Azərbaycan Mətbuat Şurasının sədr müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu çıxış etdi. O, da öz növbəsində Tərtər əhalisini ürəkdən təbrik etdi. Rayonda aparılan quruculuq, abadlıq işlərindən danışan U.Rəhimoğlu müharibənin ağrı-acısını öz taleyində yaşadığını dedi: “Mən özüm Füzuli rayonun işğal altında olan kəndindənəm. İğşalın, məcburi köçkünlüyün acılarını mən də yaşamışam. Müharibə bölgəsində yaşamağın ağırlığı mənə yaxşı bəllidir. Sizlər düşmənə sinə gələrək döyüşdüyünüz kimi, bu gün də eləcə çalışır, rayonun inkişafına öz töhfənizi verirsiniz. Bilirsiniz ki, mən cənab Vidadi İsayevin sərəncamı ilə Tərtərin fəxri vətəndaşıyam. Mənim üçün böyük şərəfdir ki, bu adı daşıyıram. Hər biriniz Dünya azərbaycanlılarının həmrəylik günü və yen il bayramı münasibəti ilə ürəkdən təbrik edirəm.”
Rayon mədəniyyət evinin nümayəndələrin, tərtərli müğənnilərin, aşıqların, rəqqasların musiqiçilərin iştirakı ilə musiqili-bədii tədbir davam edib. V.İsayev və U.Rəhimoğlu Tərtər rayon məktəblilərinin əl işlərindən ibarət sərgiyə baxıblar.
Tədbirin sonunda rayon icra hakimiyyəti yerli imkanlar hesabına bayram hədiyyələri, Beynəlxalq Avrasiya Mətbuat Fondu isə “Kaunterpart” humanitar təşkilatının yardımını Tərtərdə ehtiyacı olan insanlara, ərazidə yaşayan qaçqın və məcburi köçkünlərə paylanıb.

BAMF-ın informasiya
departamenti
