<b>Mətbuat Şurası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Milli Komitəsinin rəhbərliyi mərhumun məzarını ziyarət ediblər</b><br /> <br /> Bu gün mərhum jurnalist Elmar Hüseynovun qətlə yetirilməsinin 7 ili tamam olur. Bu münasibətlə Azərbaycan Mətbuat Şurası və Beynəlxalq Mətbuat İnstitutunun Azərbaycan Komitəsinin rəhbərləri Əflatun Amaşov, Umud Rəhimoğlu o cümlədən hər iki qurumun nümayəndələri II Fəxri Xiyabanda mərhumun məzarını ziyarət ediblər.
Qeyd edək ki, «Monitor» jurnalının baş redaktoru olan E.Hüseynov 2005-ci il martın 2-də yaşadığı binanın blokunda qətlə yetirilib. Cinayətkarların kimliyi müəyyənləşdirilsə də, hələlik onların tapılıb məsuliyyət cəlb edilməsi ilə bağlı işlər faydasını vermir.
