Fin şəhərciyində BAMF tərəfindən paylanış

06.04.2007 · 1438 baxış

Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) ABŞ-ın “Lutheran World Relief” QHT tərəfindən hədiyyə edilmiş humanitar yardımın BMTQAK və Beynəlxalq Humanitar Yardım üzrə Dövlət Komissiyası tərəfindən ən ağır ehtiyac içərisində olan məcburi köçkünlərə paylanılması prosesində iştirak etmişdir. BAMF humanitar yardımın paylanılması prosesində üzərinə düşən öhdəliklərin lazımınca yerinə yetirilməsi məqsədi ilə 4 nəfərdən ibarət işçi qrup yaratmışdır.<br />

Yazar: admin Tarix: 06 Nis 2007 Saat: 09:10 am

Fevral-mart aylarında paylanışı həyata keçirəcək işçi qrup 2 dəfə humanitar yardımın paylanılacağı Fizuli rayonuna səfər etmiş, rayon icra hakimiyyəti, yerli özünü idarəetmə orqanlırının rəhbərləri, Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin nümayəndəsi və icma nümayəndələri ilə görüşlər keçirilmişdir. Görüş zamanı paylanışın müxtəlif bölgələrdən Ağdam, Fizuli və digər rayonlardan olan ən ağır ehtiyac içərisində yaşayan məcburi köçkünlərin məskunlaşdığı Fin çadır şəhərciyində həyata keçirilməsi qərara alınmışdır.

4 apreldə 2007-ci ildə BAMF-ın daxili imkanları hesabına avtomobil icarə edilərək ayrılmış humanitar yardım (60 bağlama odeyal, 8 qutu bələk, 12 qutu məktəb ləvazimatı, 6 qutu tikiş dəsti, 10 qutu gügiyenik dəst, 6 bağlama qadın paltarı, 2 bağlama uşaq paltarı, 4 bağlama sviter və 8 bağlama palto) Fizuli rayonuna aparılmış və 5-6 aprel tarixlərində isə praylanış həyata keçirilmişdir. Paylanışda Qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin rayon üzrə təhkim olunmuş nümayəndəsi, BAMF-ın rəhbərliyi, Fizuli rayonu ərazisində yerləşən Fin şəhərciyində İcra hakimiyyətinin nümayəndəsi iştirak etmişdir. Fizuli rayonu Fin şəhərciyində paylanılması nəzərdə tutulmuş humanitar yardım 600 ailə üçün nəzərdə tutulmşdur. Paylanışın böyük əksəriyyətinin həyata keçirildiyi 5-6 apreldə 586 ailəyə humanitar yardım verilmiş, qalan yardım isə müxtəlif icmalardan olan və pərakəndə şəkildə yaşayan Fizuli rayonundan olan 40 məcburi köçkün ailəsinə verilmişdir. Bütövlükdə BAMF tərəfindən Fizuli rayonunun Fin şəhərciyində 626 ailəyə (2525 nəfər) müxtəlif adda humanitar (1800 ədəd odeyal, 136 ədəd bələk, 580 gigiyenik dəst, 350 uşaq paltarı, 480 dəst məktəb ləvazimatı, 420 tikiş dəst, 2100 ədəd qadın paltarı, 380 ədəd sviter) yardım verilmişdir.

(c) 2018. IEPF