<b>Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində FİNCA Azərbaycanın ölkə direktoru Timoti Tarranta və maliyyə direktoru ilə BAMF-ın sədri Umud Mirzəyev və Avrasiya -Kredit BOKT direktoru Ramil Əzizovun görüşü olub. Görüş zamanı fəaliyyət perspektivlərinin inkişaf etdirilməsi, strateji əməkdaşlığın güxcləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı ölkə prezidentinin banklara və bank olmayan kredit təşkilatlarına yönəlik tövsiyyələri nəzərə alınaraq birgə sosial korporativ layihələrin həyata keçirilməsi qərara alınmışdır. </b>
Bununla yanaşı FİNCA Azərbaycan və BOKT Avrasiya-Kredit arasında birgə fəaliyyət formatının müəyyən edilməsi, aztəminatlı insanlarla fəaliyyətin gücləndirilməsi istiqamətində ümumi razılığa gəlinmişdir. Görüş zamanı BAMF sədri Umud Mirzəyev bank olmayan kredit təşkilatlarına qarşı diqqətin vacibliyini vurğulayıb. Bunun üçün sosial korporativ layihələrin həyata keçirilməsinin və prosesə vətəndaş cəmiyyəti təşkilatlarının cəlb olunmasının gərəkliliyini qeyd edib.
BAMF-ın Informasiya Departamenti









