Fransa səfirinin 1-ci müşaviri BAMF-da olub

06.03.2015 · 1140 baxış

<b>Fransanın Azərbaycandakı səfirliyinin nümayəndəsi, Səfirin 1-ci müşaviri xanım Drout-Lozinski Beynəlxalq Avrasiya Mətbuat Fondunun baş ofisində olub . Görüş zamanı gələcək əməkdaşlıq perspektivləri, ümumi maraqlar və başqa sahələrdə , xüsusilə regionlarda təlim mərkəzləri , mikromaliyyələşmə, maarifləndirmə və s. məsələlər müzakirə olunub .Görüş zamanı BAMF-ın sədri Umud Mirzəyev və qonaq Dağlıq Qarabağ münaqişəsi , o cümlədən Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafı vəziyyətini müzakirə ediblər. </b>

Qonaq , eyni zamanda Bank Olmayan Kredit Təşkilatı „Avrasiya Kredit“-in fəaliyyəti ilə yaxından tanış olub . Sonda tərəflər qeyd ediblər ki, bu görüş əməkdaşlıq üçün çoxsaylı imkanlar açdı və hər iki tərəf üçün çox uğurlu oldu . BAMF-ın beynəlxalq əməkdaşlıq şəbəkəsi uzun tarixə malikdir və beynəlxalq statuslu bir təşkilat kimi BAMF-ın xarici ölkələrin Azərbaycandakı səfirlik və nümayəndəlikləri ilə daim yaxın tərəfdaşlığı olmuşdur.

BAMF-ın Informasiya Departamenti

(c) 2018. IEPF