Gürcüstanda həbs olunmuş 3 fotomüxbir casusluqda günahlandırıldı

07.07.2011 · 1021 baxış

<b>İyulun 7-də Gürcüstanda 3 fotomüxbir Rusiya Federasiyasının xeyrinə casusluqda ittiham olunaraq həbs olunub. Bu barədə Beynəlxalq Mətbuat İnstitutunun (BMİ) Azərbaycan Milli Komitəsinin rəhbəri Umud Rəhimoğlu BMİ – nin Mətbuat Azadlığı üzrə meneceri Antoni Milsə istinadən məlumat verib.</b>

BMİ rəsmisi faktların sistemli və dəqiq olmamasından narahat olduqlarını deyərək, Gürcüstan hökumətinin əsaslı dəlillər gətirməsini və ya fotomüxbirlərin dərhal azad olunmasını istədiklərini bildirmişdir.
Qeyd edək ki, Rusiya Gürcüstanla 2008 – ci ildə qısamüddətli müharibə aparmış, hal – hazırda ölkələr arasında diplomatik münasibətlər gərgin vəziyyətdədir.

BMİ-nin Azərbaycan Milli Komitəsinin
informasiya departamenti

(c) 2018. IEPF