<b>İnklusiv və Davamlı İnkişaf: 2015-ci il sonrası İnkişaf Gündəliyi üçün Avropa və Mərkəzi Asiya perspektivləri adlı tədbir ümümilikdə bir milyondan çox insanı əhatə edən qlobal inklusiv və aktiv iştirakçıların yer aldığı, BMT İnkişaf Qrupu tərəfindən dəstəklənmişdir<br /> Hökumətlər, vətəndaş cəmiyyəti təşkilatlarını, özəl sektor, elmi təşkilatlar 2015-ci ildə davamlı inkişaf məqsədlərini yenilənməsi prosesinə Avropa və Mərkəzi Asiya regionun verə biləcəyi töhvələri müzakirə etmişlər. </b>İclas 6 Noyabrda vətəndaş cəmiyyətlərinin məsləhətləşmələri ilə başlamışdır. Məsləhətləşmələr 7 Noyabrda İstanbulda Dədəman oteldə baş tutmuşdur. Məsləhətləşmələr Türkiyə Cumhuriyyəti İnkişaf Naziri cənab Cevdet Yılmazın, Avropa regionu üzrə BMT İqrisadi Komissiyasının İcraedici katibi Sven Alkajay cənablarının, BMT İqtisadi Komissiyasının Avropa və Mərkəzi Asiya üzrə İnkişaf qrupunun sədri və UNDP Regional direktoru xanım Cihan Sultanoğlunun, İsveçrənin Qlobal Davamlı İnkişaf Proqramında olan xüsusi nümayəndəsi cənab Michael Gerberin, İstanbul Bələdiyyə sədri və BMT Baş Katibliyinin Görkəmli Şəxslərin 2015-ci il sonrası İnkişaf gündəliyi üzrə Yüksək Panel Üzvü Kadir Topbaşı cənablarının iştirakı ilə baş tutmuşdur.
Regional müzakirələr, təşkilatların birgə səylərinin və Türkiyə hökumətinin, BMT-nın regionda fəaliyyət göstərən BMT Avropa üzrə İqtisadi Komissiyası, BMT-nın Ətraf Mühit Proqramı, BMT-nın İnkişaf Proqramı, UNİCEF, Beynəlxalq Əmək Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT Əhali Fondu və Beynəlxalq Miqrasiya Təşkilatından ibarət əsas komandanın dəstəyinin nəticəsidir. Əsas məqsəd, 2015-ci ildən sonrakı gündəliyi əhatə edəcək prioritetlərlə münasibətdə regional perspektivləri təmin etmək üçün Avropa və Mərkəzi Asiyanın müxtəlif ölkələrindən olan maraqlı tərəfləri bir yerə toplamaq idi.
Bu məsləhətləşmələr Türkiyə Cümhuriyyətinin İnkişaf Naziri cənab Cevdet Yılmazın, BMT-nın Avropa üzrə İqtisadi Komissiyasının icraçı katibi cənab Sven Alkalajın, BMT-nın Avropa və Mərkəzi Asiya üzrə İnkişaf Qrupunun sədri və BMT İnkişaf Proqramının icraçı direktoru xanım Cihan Sultanoğlunun, İsveçrə Qlobal Davamlı İnkişafın xüsusi nümayəndəsi cənab Michael Gerberin və İstanbulun meri və BMT-nın 2015-ci ilin inkişaf gündəliyində BMT Baş Katibinin görkəmli şəxslərin yüksək səviyyəli panelinin üzvü cənab Kadir Topbaşın himayəsi və iştirakı ilə keçirilmişdir
BAMF nümayəndələri Umud Mirzəyev və Ruslana Əliyeva da bu tədbirdə iştirak etmiş, suallar verməklə, rəylər və tövsiyyələr səsləndirməklə aşağıdakı mövzular üzrə müzakirələrdə iştirak etmişlər:
• Təhsil və layiqli iş yerləri
• Sağlamlıq və sosial problemlər
• Əhalinin dinamikası və miqrasiyası
• Davamlı istehlak və istehsal
• Təbii ehtiyatların idarə olunması və yaşıl şəhərlər
• Düzgün idarəçilik, insane hüquqları, davamlı inkişafda iştirak və yerli əhalinin rolu
• Davamlı inkişafda irəliləyişlərin monitorinqi
Avropa və Mərkəzi Asiya da daxil olmaqla bütün dünyada maraqlı tərəflərin apardığı yeni inkişaf çərçivəsi haqqında olan müzakirələr rəğbət doğurur. Birgə fəaliyyətlər və bütün regionlarda nümayəndələrin aktiv iştirakı bu fəaliyətlərin effektivliyi və davamlı inkişaf məqsədlərinə çatmaq üçün əsas şərtdir
