Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Azərbaycan Mətbuat Şurası ilə birlikdə KİV-də çalışanların sosial-iqtisadi ehtiyaclarının təmin edilməsi imkanlarını araşdırmaq məqsədilə bu sahədə işləyənlər arasında sorğu keçirir.
Təşkilatçılar bununla da jurnalistlərin sosial-iqtisadi durumunu dəqiq öyrənmək istəyirlər.Sorğudan sonra nəticələr təhlil ediləcək, jurnalistlərin ortaya çıxan problemləri müəyyən olunacaq.
Gələcəkdə isə onların həlli istiqamətində konkret işlərin görülməsi nəzərdə tutulur. Bu sıraya jurnalistlər üçün güzəştli şərtlərlə kiçik həcmli kreditlərin verilmısi də daxildir. Nəzərdə tutulan kreditlərlə media təmsilçiləri özlərinin bir çox zəruri problemlərini həll edə biləcəklər.
BAMF-ın İnformasiya
Departamenti
