<b>Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər Rayonunda yerləşən Peşə Təlim Mərkəzində təlimlərin 3-cü mərhələsinə start verilib. Layihə ilə bağlı məlumatlandırma xarakterli iclasda çıxış edən təşkilatın sədri Umud Mirzəyev bildirib ki, 2013-cü ilin noyabrında icrasına başlanılmış layihə bir il müddətində Ağdam , Ağcabədi, Beyləqan və Bərdə rayonlarında bir sıra sosial problemlərin həllində vacib rol oynayacaq . O, təlim iştirakçılarına uğurlar arzu edib və əmin olduğunu bildirib ki, layihənin 3-cü mərhələsi də uğurla davam edəcək. </b>
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə həyata keçirilən “Məcburi köçkünlərin reinteqrasiyası ilə məşğul olmaq məqsədilə Yerli Vətəndaş Cəmiyyəti Təşkilatları və İcma Əsaslı Təşkilatların gücləndirilməsi” layihəsi çərçivəsində 4 rayondan olan 40 nəfər qaçqın və məcburi köçkün , həyat yoldaşları miqrant olan qadınlar və əhalinin aztəminatlı təbəqəsi üçün peşəkar təlimçilər tərəfindən təlim sessiyaları keçiriləcək. Təlimlər kompyuter , çörək-qənnadı məhsullarının hazırlanması və stilistika sahəsində aparılacaq . Layihənin sonunda təlimi başa vurmuş iştirakçılara sertifikatlar veriləcək . Sertifikat almış aktiv iştirakçılara isə öz biznes layihələrini başlamaq üçün imkanlar da yaradılacaq. Onlara güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulur. Layihənin sonunadək 100 –dək iştirakçının qatılması planlaşdırılan , müxtəlif mövzularda keçiriləcək peşə təlimlərinin 2014-cü ilin oktyabr ayında başa çatması nəzərdə tutulur.
BAMF-ın İnformasiya Departamenti
