Meksikalı jurnalist Mətbuat Azadlığı Qəhrəmanı elan olunub

03.05.2010 · 1288 baxış

Beynəlxalq Mətbuat İnstitutu (BMİ) meksikalı jurnalist və insan haqlarının müdfiəçisi Lidia Kaçonu Mətbuat Azadlığı Qəhrəmanı elan edib. BMİ-dən Beynəlxalq Avrasiya Mətbuat Fonduna verilən məlumata görə, Lidia Kaço mütəşəkkil cinayətkarlıq və siyasi korrupsiyaya dair yazıları ilə tanınır. Qadın və uşaqların hüquqlarının müdafiəsinə, onları təhqir edənlərin cəzasızlığına diqqəti yönəltdiyinə görə L. Kaço dəfələrlə hücumlara, ölüm təhdidlərinə məruz qalıb.<br />

Kaçonun yalnız öz ölkəsinə dəyişikliklər gətirmədiyini deyən BMİ-nin direktor müavini Alison Betel onun mübarizə və uğurlarının gələcək nəsil üçün bir modelə çevrildiyini bildirib.

Jurnalist fəaliyyətinə 1980-ci ildən başlayan Lidia Kaçonun namizədliyi 5 nəfərdən ibarət BMİ Dünya Mətbuat Qəhrəmanı üzrə münsiflər heyəti tərəfindən təsdiq edilib. Təqdimat mərasimi 2010-cu il sentyabrın 11-14-də Vyana və Bratislavada keçiriləcək BMİ-nin Dünya Konqresində həyata keçiriləcək.

BAMF-ın
informasiya departamenti

(c) 2018. IEPF