NATO Parlament Assambleyası Gələcək Təhlükəsizlik və Müdafiə Bacarıqları üzrə Alt Komitəsinin nümayəndə heyəti Cənubi Qafqazda NATO-nun rolu ilə əlaqədar olaraq Beynlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) ölkənin aparıcı QHT-lərinin nümayəndələri ilə görüşdü. Görüşdə millət vəkili Səyavuş Novruzov, Milli Məclisin Beynəlxalq Münasibətlər Departamentinin bölmə müdiri Rahiğ Axundov, Avrasiya Hüquqşünaslar Assosiasiyası-nın prezidenti Nadir Adilov, Ehtiyatda Olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Mehman Səlimov, Azərbaycan Demokratiya və İnsan Hüquqları Komitəsinin əməkdaşı Elgiz Qənizadə və BAMF-ın əməkdaşları iştirak etdilər.
BAMF-ın departament rəhbəri Siyab Məmmədov giriş sözü söylədi və təmsil etdiyi təşkilatın fəaliyyəti, eləcə də NATO ilə əməkdaşlıq münasitbətləri barədə iştirakçılara məlmat verdi.
Tədbirdə əsas müzakirə mövzusu ölkənin hərbi sahədə NATO ilə əməkdaşlıq məsələləri, insan hüquqları, demokratikləşmə, korrupsiyaya qarşı mübarizə və vətəndaş cəmiyyətinin inkişafı məsələləri oldu. QHT-lərin bu məsələlərə münasibətlərini öyrənmək, mövcud problemləri onların dilindən eşitmək nümayəndə heyətinin əsas məqsədi idi. QHT nümayəndələri NATO-vətəndaş cəmiyyəti münasibətlərinin qanedici səviyyədə olmaması, çox az sayda QHT-nin NATO ilə bu və ya digər formada əməkdaşlıq etməsi, ümumiyyətlə digər beynəlxalq təşkilatlarla müqayisədə NATO-nun ölkədə gedən demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu proseslərinə daha çox diqqət yetirməsinin zəruriliyi nümayəndə heyətinin diqqətinə çatdırıldı. Görüşdə eyni zamanda NATO-ya daxil olmağın əsas şərtlərindən biri kimi ordu quruculuğunda islahatların aparılması və görülən işlər barədə müntəzəm olaraq ictimaiyyətin maarifləndiril məsi nin vacibliyi də vurğulandı. Görüşdə həmçinin insan hüquqları sahəsində olan əsas problemlər, onların aradan qaldırılması yolları geniş müzakirə olunmuşdur.
Nümayəndə heyətinin rəhbəri Vahid Erdem qeyd etdi ki, Azərbaycana səfərin əsas məqsədi hakimiyyət rəsmiləri, QHT və media nümayəndələri ilə görüşərək NATO-ya inteqrasiya olunmaq istiqamətində mövcud vəziyyətlə tanış olmaqdan və «Cənubi Qafqazda NATO-nun rolu» adlı yekun hesabatda üç cənubi Qafqaz ölkəsindəki reallığı əks etdirməkdən ibarətdir.
